Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3924/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Hüquq Departamentinin hüquqşünası X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X4 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş X2 266.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 27 avqust 2024-cü il tarixdə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 25 iyul 2024-cü il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin saziş ərazisində tullantıların basdırılması faktı aşkarlanmışdır. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X6 tərəfindən hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və toplanmış material baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmiş, Məhkəmənin 02 avqust 2024-cü il tarixli qərardadı ilə protokol və ona əlavə olunmuş sənədlərin natamam olması səbəbi ilə materialları geri qaytarılmışdır. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan və zəruri sənədlər materiala əlavə edildikdən sonra 16 avqust 2024-cü il tarixdə həmin protokol yenidən baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 27 avqust 2024-cü il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X6 izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən və Şəxs şirkətinin saziş ərazisinə düşən dövlətin müstəsna mülkiyyətində olan (39T X414952, Y ******* nömrəli koordinatlar) təxminən 0,05 ha torpaq sahəsinin kənardan gətirilmiş torpaqla və tullantılarda doldurulması faktı müəyyən edilmişdir. İdarə tərəfindən SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış məktuba cavab olaraq sözügedən ərazidə Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri nümayəndələri tərəfindən torpaqlama işlərinin aparıldığı bildirilsə də tullantıların atılması barədə heç bir məlumat verilməmişdir. SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X7 haqqında və Tullantılar haqqında Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edilmişdir. Qeyd olunan pozuntularla bağlı 19 iyul 2024-cü il tarixdə hüquqi şəxsə məktub ünvanlanmış və 22 iyul 2024-cü il tarixdə saat 10:00-da nümayəndənin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi xahiş olunmuş, nümayəndə iştirak etmədiyi halda onun iştirakı olmadan araşdırmanın aparılacağı bildirilmişdir. Həmin məktub 19 iyul 2024-cü il tarixdə hüquqi şəxsin işçisi X.Əliyeva tərəfindən imza edilərək qəbul olunmuşdur. Buna görə də 27 avqust 2024-cü il tarixdə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib olunaraq Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Hüquq Departamentinin hüquqşünası X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində 25 iyul 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokola əsasən 25 iyul 2024-cü il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin saziş ərazisində tullantıların basdırılması faktı aşkarlanmışdır. Bildirmişdir ki, ilk növbədə, Ekologiya nazirliyinin nümayəndələrinin əraziyə baxiş keçirilməsi barədə onlara hər hansı qaydada bildiriş daxil olmayıb və protokolun tərtib olunmasında iştirak etməmişlər. Qarşı tərəf onların məlumatlı olmağını Ç-1314/2624-460 nömrəli xx.xx.2024-cü il tarixli məktub ilə əsaslandırsa da, həmin məktubun mətnində xx.xx.2024-cü il tarixə saat 10:00-da səlahiyyətli nümayəndənin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə gəlməsi bildirilmişdir. Qeyd edilən vaxtda nümayəndə həmin idarəyə getmiş, lakin Salman adlı bu idarənin işçisi iclas olduğunu bildirmiş və başqa vaxtda onlara xəbər edəcəklərini bildirmişlər. Ekologiyanın məktubundan da görünür ki, baxış barədə onlara məlumat verilməmiş, xəbərsiz əraziyə baxış keçirməklə protokol tərtib etmişlər. Fotoşəkillərdə olan və protokolu tərtib etmiş orqanın hansı əraziyə baxdıqları isə onlara məlum deyildir. Tərtib olunan protokoldan da görünür ki, protokol xx.xx.2024-cü ildə tərtib olunmuşdur. Sözügedən ərazidə ekoloji cəhətdən zərərli tullantıların olması müvafiq rəy ilə təsdiqlənməlidir. Protokola əlavə edilmiş sənədlərdən göründüyü kimi tullantıların ekoloji cəhətdən zərərli olmasını təsdiq edən hər hansı rəy mövcud olmadan protokol tərtib edilmişdir. Sözügedən Zığ qəsəbəsi, nümayəndəliyin 2 saylı neft və qaz çıxarma sahəsində yerləşən ərazinin tullantılar ilə çirklənməsi barədə xx.xx.2024-cü il tarixdə 390/CLS nömrəli məktub ilə Suraxanı rayon Polis İdarəsinə müraciət olunaraq, naməlum şəxs tərəfindən idarə olunan KAMAZ markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə böyük kütlə məişət tullantılarının əraziyə atılması bildirilmişdir. Qeyd olunan əraziyə Suraxanı Rayon İcra Hakimiyyəti və şirkətin mühafizəsi nəzarət edir. Həmin ərazi hüquqi şəxsin saziş ərazisinə aiddir. Həmin ərazi çəpərlənməmiş və hasara alınmamışdır. Həmin ərazidə sakinlər yaşayır. Tullantı qablarının əraziyə qoyulması ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə rəsmi olaraq müraciət olunmuşdur. Lakin həmin müraciətlərin müsbət həll olunması ilə bağlı heç bir addım atılmamışdır. Çünki tullantılar yandırılır və bu ərazi üçün təhlükə yaradır. Həmin ərazinin sahəsi böyükdür və 24 saat ərazini qorumaq mümkün deyildir. Həmin əraziyə Qaraçuxur, Bülbülə və Yeni Suraxanı daxildir. Həmin ərazilərdə obyektləri mövcuddur. Ərazi onlara aid olduğundan nümayəndələri ərazini təmizləyir. Əraziyə kamazlar gəlir tullantı atib gedirlər. Bundan sonra əraziyə 24 saat nəzarət olunacağını və həmin əraziyə setka ilə hasar çəkilərək qoruyacaqlarını bildirmişdir. Qeyd etdiklərini nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından və qarşı tərəfin sübutları əsassız olduğundan qarşı tərəfin protokolu üzrə inzibati tənbeh verilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş etirazdan görünür ki, Ekologiya nazirliyinin nümayəndələrinin əraziyə baxış keçirilməsi barədə onlara hər hansı qaydada bildiriş daxil olmamış və protokolun tərtib olunmasında iştirak etməmişlər. Qarşı tərəf onların məlumatlı olmalarını Ç- 1314/2624-460 nömrəli xx.xx.2024-cü il tarixli məktub ilə əsaslandırsa da, həmin məktubun mətnində xx.xx.2024-cü il tarixə saat 10:00- səlahiyyətli nümayəndələrinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə gəlməsi bildirilmişdir. Qeyd edilən vaxtda nümayəndələri həmin İdarəyə getmiş, lakin Salman adlı idarənin işçisi iclas olduğunu bildirmiş və başqa vaxtda onlara xəbər edəcəklərini bildirmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubundan da görünür ki, baxış barədə onlara məlumat verilməmiş, xəbərləri olmadan əraziyə baxış keçirməklə protokol tərtib etmişlər. Fotoşəkillərdə olan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hansı əraziyə baxdıqları onlara məlum deyildir. Tərtib olunan protokoldan da görünür ki, protokol xx.xx.2024-cü ildə tərtib olunmuşdur. Onu da qeyd etmişlər ki, sözügedən ərazidə ekoloji cəhətdən zərərli tullantıların olması müvafiq rəy ilə təsdiqlənməlidir. Protokola əlavə edilmiş sənədlərdən göründüyü kimi tullantıların ekoloji cəhətdən zərərli olmasını təsdiq edən hər hansı rəy mövcud olmadan protokol tərtib edilmişdir. Eyi zamanda bildirmişlər ki, sözü gedən Zığ qəsəbəsi, nümayəndəliyin 2 saylı neft və qaz çıxarma sahəsində yerləşən ərazinin tullantılar ilə çirklənməsi barədə xx.xx.2024-cü il tarixdə 390/CLS nömrəli məktub ilə Suraxanı rayon Polis idarəsinə müraciət olunaraq, naməlum şəxs tərəfindən idarə olunan KAMAZ markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə böyük kütlə məişət tullantılarının əraziyə atılması bildirilmişdir. Yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, inzibati xəta tərkibi olmadığından və qarşı tərəfin sübutları əsassız olduğundan qarşı tərəfin protokolu üzrə inzibati tənbeh verilməsindən imtina edilməsi xahiş olunmuşdur. İş materiallarında olan SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi məlumat üçün bildirmişdir ki, Kontrakt sahəsinin bilavasitə hüdudları daxilində və eləcə də yaxınlığında yaşayan sakinlər, fəaliyyət göstərən müxtəlif təyinatlı müəssisələr, obyektlər tərəfindən atılan bərk məişət tullantılarının müvafiq qaydada yığılması, çeşidlənməsi və vaxtlı-vaxtında daşınması işinin düzgün təşkil olunmaması səbəbindən, barəsində söhbət gedən tullantıların əksər hallarda Kontrakt sahəsində yığılıb qalması və ətrafa yayılması ilə nəticələnir ki, bu da sonda nümayəndəlik tərəfindən ekoloji istiqamətdə apardığı işlərin səmərəsizliyini göstərməklə bərabər respublikanın bu sahəyə dövlət nəzarət işini həyata keçirən səlahiyyətli nümayəndələrinə tez-tez cavab vermək məcburiyyətində qalır. Bu cür hallara mədən ərazisində tez-tez rast gəlinir. Son iki gündə isə 1 №-li NQÇS-nin 1-ci sahəsində, Bakı-Aeroport yolunun yaxınlığında, 18 saylı nasos stansiyasından Hovsan kanalı istiqamətində gedən kanalın yuxarı hissəsində müşahidə olunan nöqsanlarla bağlı müraciət olunur. Eyni zamanda Nümayəndəlik nəzərlərinə çatdırır ki, onlara yalnız kontrakt sahəsində Respublikada qüvvədə olan qanunların, normativ aktların tələblərini və eləcə də ekoloji norma və qaydaları gözləməklə neft hasilatını həyata keçirir. Kontrakt sahəsinin kənar tullantılardan təmizlənməsi isə bilavasitə rayonun yerli icra nümayəndələri, bələdiyyə, MİS və MKTB-ri tərəfindən idarə edilməlidir. “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xahiş etmişdir ki, bu cür halların qaşısının alınması barədə müvafiq tədbirlər görülməsi üçün aidiyyatı qurumlara və cavabdeh şəxslərə göstəriş verilsin. İş materiallarında olan SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X9 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli “Bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə dair" 1 saylı müqavilədə qeyd edilmiş öhdəliklər yerinə yetirilmir. Belə ki, nümayəndəliyin ərazisində yerləşən məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin MKTB tərəfindən vaxtında boşaldılıb-daşınmaması nəticəsində zibillər ətrafa dağılır. Xahiş edilmişdir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin vaxtında boşaldılıb-daşınması ilə bağlı tədbir görülməsi barədə sərəncam verilsin. İş materiallarında olan SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində “SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş kontrakt ərazisinin 2 saylı neft və qaz çıxarma sahəsinə KAMAZ markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomaşınla naməlum şəxslər tərəfindən məişət tullantılarının atılması aşkarlanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi və mədən ərazisində təhlükə potensiallı obyektlərin, fəaliyyətdə olan neft quyularının, yüksək gərginliklərin ətrafında qanunsuz hərəkət edərək texnogen xarakterli fövqəladə hadisələrə səbəb ola bilən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Suraxanı rayonu ərazisində torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məktubda göstərilənlər əməkdaşlar tərəfindən yerində araşdırılarkən keçirilən baxış zamanı Zığ qəsəbəsi ərazisində yerləşən və şirkətin saziş sahəsinə düşən dövlətin müstəsna mülkiyyətində olan (39T X414952; Y4469428 nömrəli koordinatlar) təxminən 0,05 ha torpaq sahəsinin kənardan gətirilmiş torpaqla doldurulması faktı müəyyən edilmişdir. Odur ki, sözügedən məsələ ilə bağlı aparılan inzibati araşdırma ilə əlaqədar xx.xx.2024-cü il tarixində saat 10:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə səlahiyyətli nümayəndənin (şəxsiyyət vəsiqəsi, etibarnamə ilə birlikdə) göndərilməsi xahiş olunmuşdur. Göstərilən tarixdə nümayəndə İdarəyə gəlməzsə, araşdırma iştirakları olmadan aparılacaqdır. İş materiallarında olan SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş Zığ qəsəbəsində yerləşən 0.05 ha ərazidə Suraxanı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən torpaqlanma işləri aparılmışdır. Eyni zamanda qeyd edilmişdir ki, əraziyə boşaldılan torpaq kütləsində hər hansı məişət tullantıları müşahidə olunmayıb və torpağın tərkibi ekoloji cəhətdən təmiz olaraq yararlıdır. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli № 85898 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Suraxanı rayonu ərazisində torpaq qanunvericiliyin tələblərinin pozulması barədə Nazirliyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-14/1-1469-N/2024 nömrəli məktubda göstərilənlərlə bağlı tərəflərindən keçirilən baxış zamanı Zığ qəsəbəsi ərazisində yerləşən və Şəxs şirkətinin saziş ərazisinə düşən dövlətin müstəsna mülkiyyətində olan (39TX414952, Y4469428 nömrəli kordinatlar) təxminən 0,05 ha torpaq sahəsinin kənardan gətirilmiş torpaqla və tullantılarla doldurulması faktı müəyyən edilmişdir. İdarə tərəfindən SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış məktuba cavab olaraq sözügedən ərazidə Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən torpaqlama işlərinin aparıldığı bildirilsə də tullantıların atılması barədə heç bir məlumat verilməmişdir. SURAXANİ OYL OPEREYŞN KOMPANİ S.S.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X7 haqqında və Tullantılar haqqında Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İXM-nin 266.1-ci maddəsi ilə bağlı işlərə baxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aiddir. Hüquqi şəxs barəsində isə işlərə baxılması məhkəmənin səlahiyyətinə aiddir. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşəpark, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunmalıdır ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Tullantılar haqqında Azərbaycan Respublikası Qanununa əsasən istehsalat tullantıları dedikdə-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur. Tullantıların basdırılması dedikdə- sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi] tərəfindən həyata keçirilir. İXM-nin 266-cı maddəsi X7, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid edilir. X7 Haqqında Azərbaycan Respublikası Qanununa əsasən X7 - ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması; təbiətdən istifadə isə- gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji razılığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsidir. Həmin Qanunun 78-ci maddəsinə əsasən X7 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3924/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3924/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver