Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3959/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi Səməndər Musayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Vedi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Hövsan qəsəbəsində ictimai yerdə ünvansız küçə söyüşləri söyərkən polis əməkdaşları yaxınlaşıb irad bildirən zaman polisin qanuni tələblərinə qəsdlə tabe olmayıb. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi Səməndər Musayev protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə olarkən “102” xidmətinə zəng edərək avtomaşının ayağının üstündən keçməsi barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları Emilin ictimai asayişi pozduğunu görmüş, onu sakitləşdirmək istədikdə Emil polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, həmçinin polis bölməsinin fəaliyyətini pozmuşdur. Buna görə də onun barəsində protokol tərtib olunmuşdur. O, göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, içkili olduğundan özünü idarə edə bilməmişdir. Gələcəkdə bir daha belə hadisə olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları X5, X1, X2 və X3 tərəfindən verilən izahatlardan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 22:47 radələrində vətəndaş Şəxs (055)-263-07-20 nömrəsindən DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə naməlum “Pajero” markalı avtomobilin onu vuraraq hadisə yerindən uzaqlaşması barədə daxil olan müraciəti Suraxanı Rayon Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” HK\1-də 576 sayla qeydə alınaraq icrası Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Ayaz Meydanova həvalə edilmişdir. Həmin müraciət əsasında X7 Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə zəng edərək həmin hadisənin Hövsan qəsəbəsində baş verdiyini və orada səs-küyün çox olmasını bildirərək əməliyyat qrupunun hadisə yerinə yaxınlaşaraq köməklik etməsini xahiş etmişdir. Polis Şöbəsinin əməliyyat qrupunun üzvləri əməliyyat müvəkkili, polis mayoru Mehman Əliyev və Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X14 Şöbəsinə təhkim olunmuş “Opel” markalı Az **-AP- *** d.q.n avtomobil ilə dərhal hadisə yerinə yaxınlaşaraq müstəntiq Ayaz Meydanova öz köməkliklərini göstərmiş, hadisə yerində olan vətəndaş Şəxs həddindən artıq spirtli içkinin təsiri altında olduğundan ictimai yerdə polisin və vətəndaşların ünvanlarına nəlayiq ifadələr işlədərək, sərxoş olduğundan küçədə özünü yerə yıxaraq özü-özünə xəsarət yetirmiş, həmçinin polisin qanuni əmrinə tabe olmadığından ictimai asayişi kobud sürətdə pozduğu üçün polis əməkdaşlarının müdaxiləsi ilə Polis Şöbəsinə gətirilmişdir. Şəxs Polis Şöbəsinin “gətirilmiş şəxslərin qeydiyyatı kitabı’nda 1040 sayla qeydə alınaraq “sərxoşluq dərəcəsinin bütün hallarının yoxlanılması” üçün Respublika Narkoloji Dispanserinə göndərilmişdir. Respublika Narkoloji Dispanserinin Şəxs barəsində tərtib etdikləri “1/11022” saylı orta dərəcəli sərxoşluq protokolu toplanmış materiala əlavə edilmişdir. Bundan əlavə Şəxs Polis Şöbəsində nizam intiazama riayət etməyərək başın təpə nahiyəsini divara və yolda olarkən avtopatrulun saxlanc yerində olan dəmir qoruyucuya vuraraq xəsarət yetirmişdir. Şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan əlavə Şəxs polis əməkdaşlarına qarşı kobud rəftar edərək hüquq pozmalarına son qoymamış və NH-nin iş rejimini təxminən 30 dəqiqə pozmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən tərtib olunan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025ci il tarixli, 1/11022 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluğun dərəcəsi orta dərəcəlidir; inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA 024250 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Əhmədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əhmədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 00:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhəkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 oktyabr 2025-ci il tarixdən saat 00:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-3959/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3959/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver