Məhkəmə qərarları › İş №3(010)-3980/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3980/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3980/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1 İmamverdi oğlunun sədrliyi, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməməsinə görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair çıxarılmış qərara xitam verilməsi barədə vəsatətinə məhkəmə iclasından kənar baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 28 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Materialdan görünür ki, Şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 17 fevral 2024-cü il tarixli, EQ seriyalı, 19509432 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 3(010)- 3980/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 06 (altı) ay müddətinə nəqliyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair çıxarılmış qərara xitam verilməsi barədə vəsatəti Bakı şəhəri Suraxanı rayon məhkəməsinə daxil olmuşdur. Şəxs vəsatətində göstərmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə cəriməni və qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməməsinə görə hesablanmış dəbbə pulunu ödəmişdir. Buna görə də o, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 3(010)-3980/2024 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, vəsatət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. “AsanPay” internet portalından çıxarışdan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində tərtib edilmiş 17 fevral 2024-cü il tarixli, EQ seriyalı, 19509432 nömrəli elektron qərarla tətbiq edilmiş cəriməni və qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməməsinə görə hesablanmış dəbbə pulunu ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməməsinə görə Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 3(010)-3980/2024 nömrəli qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 114, 115 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs vəsatəti təmin edilsin. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 3(010)-3980/2024 nömrəli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar