Məhkəmə qərarları › İş №3(010)-3982/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3982/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3982/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-1995/22 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin ünvanına Hindistandan 67B32710/67B32810 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7054 sorğu nömrəli, **********7190 sorğu nömrəli, **********7269 sorğu nömrəli və 59AA635/59AA636 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7241 sorğu nömrəli, xx.xx.2021-cı il tarixli Gömrük Bəyannamələri əsasında xx.xx.2021-ci il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş transformatorların hissələri yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “ATEF Şirkətlər Qrupu" MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Araşdırma zamanı “ATEF Şirkətlər Qrupu" MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır O izahatında şirkətin ünvanına Hindistandan 67B32710/67B32810 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7054 sorğu nömrəli, **********7190 sorğu nömrəli, **********7269 sorğu nömrəli və 59AA635/59AA636 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7241 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli Gömrük Bəyannamələri əsasında saxlanca qoyulduğunu, saxlanca qoyma səbəbinin həmin malların daxildə emal gömrük prosedurunda yerləşdirilməsi olduğunu və daha sonra Ukrayna Respublikasına ixrac etmək olduğunu, lakin Ukraynada baş verən müharibə ilə bağlı ixrac edə bilmədiklərindən saxlanc müddətini ötürdüklərini, xx.xx.2021-ci il tarixdə saxlanc müddəti bitdikdən sonra həmin malları müvafiq olaraq **********9978, **********1722, **********1566 və **********7187 sorğu nömrəli gömrük bəyannamələri əsasında sərbəst dövriyyə gömrük proseduru altında rəsmiləşdirildiyini bildirmişdir. Tərəflərindən **********9978, **********1722, **********1566 və **********7187 sorğu nömrəli sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş gömrük bəyannamələrinə baxış keçirilmiş və baxış zamanı həmin gömrük bəyannamələrinin saxlanca goyulmuş **********7054, **********7190, **********7269, **********7241 sorğu nömrəli GB-də göstərilmiş mallarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1995/2022 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Hindistandan 67B32710/67B32810 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7054 sorğu nömrəli, **********7190 sorğu nömrəli, **********7269 sorğu nömrəli və 59AA635/59AA636 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7241 sorğu nömrəli, xx.xx.2021-cı il tarixli Gömrük Bəyannamələri əsasında xx.xx.2021-ci il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş transformatorların hissələri yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “ATEF Şirkətlər Qrupu" MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bır tədbir görülməmişdir. Araşdırma zamanı “ATEF Şirkətlər Qrupu" MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında şirkətin ünvanına Hindistandan 67B32710/67B32810 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7054 sorğu nömrəli, **********7190 sorğu nömrəli, **********7269 sorğu nömrəli və 59AA635/59AA636 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7241 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli Gömrük Bəyannamələri əsasında saxlanca goyulduğunu, saxlanca qoyma səbəbinin həmin malların daxildə emal gömrük prosedurunda yerləşdirilməsi olduğunu və daha sonra Ukrayna Respublikasına ixrac etmək olduğunu, lakin Ukraynada baş verən müharibə ilə bağlı ixrac edə bilmədiklərindən saxlanc müddətini ötürdüklərini, xx.xx.2021-ci il tarixdə saxlanc müddəti bitdikdən sonra həmin malları müvafig olaraq **********9978, **********1722, **********1566 və **********7187 sorğu nömrəli gömrük bəyannamələri əsasında sərbəst dövriyyə gömrük proseduru altında rəsmiləşdirildiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən **********9978, **********1722, **********1566 və **********7187 sorğu nömrəli sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş gömrük bəyannamələrinə baxış keçirilmiş və baxış zamanı həmin gömrük bəyannamələrinin saxlanca qoyulmuş **********7054, **********7190, **********7269, **********7241 sorğu nömrəli GB-də göstərilmiş mallarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən **********9978, **********1722, **********1566 və **********7187 sorğu nömrəli sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş gömrük bəyannamələrinə baxış keçirilmiş və baxış zamanı həmin gömrük bəyannamələrinin saxlanca qoyulmuş **********7054, **********7190, **********7269, **********7241 sorğu nömrəli GB-də göstərilmiş mallarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40,43,48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar