Məhkəmə qərarları › İş №3(010)-3984/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3984/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3984/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 20 sentyabr 2022-ci il tarixli, 00100-1996/22 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 09 avqust 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7269 sorğu nömrəli və **********7190 sorğu nömrəli gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş "transformatorların hissələri” və “yağların filtrlənməsi üçün qurğular” yüklərinə görə saxlancın son tarixi 09 dekabr 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmiş malları, təyin olunan saxlancın son tarixinədək müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, saxlanc qaydalarını (müddətini) pozaraq həmin müddət ərzində həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi barədə müraciət təqdim etməyərək saxlancın müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 20 sentyabr 2022-ci il tarixli, 00100-1996/22 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəis müavini X2 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 izahatında göstərdi ki, 09 avqust 2021-ci il tarixli **********7269 sorğu nömrəli və **********7190 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş "transformatorların hissələri” və “yağların filtrlənməsi üçün qurğular” yükləri Bakı Baş Gömrük İdarəsində saxlanca qoyulmuşdur. Saxlanca qovma səbəbi həmin malların daxildə emal gömrük prosedurunda yerləşdirilməsi və daha sonra Ukrayna Respublikasına ixrac etmək olmuşdur. Lakin, Ukrayna Respublikasında baş verən müharibə ilə bağlı malları ixrac edə bilmədikləri üçün saxlanc müddətini ötürmüş, 09 dekabr 2021-ci il tarixdə saxlanc müddəti bitdikdən sonra həmin malları müvafiq olaraq **********1566 və **********1722 sorğu nömrəli gömrük bəyannamələri əsasında sərbəst dövriyyə gömrük proseduru altında rəsmiləşdirmişlər və dəbbə pulunu ödəmişlər. X3 qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsina məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan görünür ki, 09 avqust 2021-ci il tarixli **********69 sorğu nömrəli və **********7190 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunmuş mallar saxlanc müddəti bitdikdən sonra 09 sentuabr 2022-ci il tarixli **********1566 sorğu nömrəli və **********1722 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın 3-cü bəndində Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar