Məhkəmə qərarları › İş №3(010)-3985/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3985/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3985/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın Şəxs MMC barəsində tərtib etdiyi EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın tərtib etdiyi EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Bakı səhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan «X6” MMC tərəfindən **********3719 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək xx.xx.2021-ci il tarixədək müddətə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar “X6" MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, Çin Xalq Respublikasından «X6” MMCnin adına 26A69310/26A69410 nömrəli yük nəqliyyat vasitəsində İC210220 nömrəli invovs üzrə idxal edilmiş yüklərin Bakı Bas Gömrük İdarəsində **********3719 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin malların elektrik transformatorların istehsalında istifadə olunmaq üçün idxal edildiyini, lakin, maliyyə vəsaitləri olmadığı səbəbindən müvəqqəti saxlanc müddətini pozduqlarını, eyni zamanda artıq həmin yüklərin Bakı Baş Gömrük İdarəsində **********1757 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyini bildirmişdir. Beləliklə, «X6” MMC tərəfindən **********3719 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək müvəqgəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, həmin yüklərin xx.xx.2022-ci il tarixdə Bakı Bas Gömrük idarəsində **********1757 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi, nəticədə, «X6” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, Çin Xalq Respublikasından 26A69310/26A69410 nömrəli yük nəqliyyat vasitəsində İC210220 nömrəli invoys üzrə idxal edilmiş yüklər Bakı Baş Gömrük İdarəsində **********3719 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Həmin mallar elektrik transformatorların istehsalında istifadə olunmaq üçün idxal edilmişdir. Lakin, maliyyə vəsaitləri olmadığı səbəbindən müvəqqəti saxlanc müddətini pozmuşlar. Artıq həmin yüklər Bakı Baş Gömrük İdarəsində **********1757 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yə bütün gömrük ödənişləri ödənilmişdir. Gömrük qaydalarının pozulduğunu bilməmişlər. Əlavə olaraq izahatında göstərmişdir ki, onlar müddəti pozsalar da, gecikməyə görə Gömrük Komitəsi tərəfindən verilmiş hesab nömrəsinə və sonuncu tərəfindən müəyyən edilmiş 4540 manat pulu köçürmüşlər. Dəbbə pulunu ödədikləri təqdirdə, məsuliyyət daşımırlar. Qeyd olunanlara əsasən, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsina məhkəmə iclası barədə məlumat verilməsinə bamayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın Şəxs MMC barəsində tərtib etdiyi EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətməkdə təqsirli bilinmişdir. Belə ki, «X6” MMC tərəfindən **********3719 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək xx.xx.2021-ci il tarixədək müddətə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı aşkar edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 4540 manat məbləğində dəbbə pulu onlar tərəfindən müvafiq bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, g/x baş leytenantı X3 tərəfindən tərtib edilmiş EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar