Məhkəmə qərarları › İş №3(010)-4/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 01 oktyabr 1986-cı ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2A55RSH, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 19 nömrəli evin 154 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin əməkdaşı X2 qəbul etdiyi 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 16 may 2021-ci il tarixdə X4 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin əməkdaşı X2 qəbul etdiyi 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 ərizə ilə müraciət edərək, şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılmasını xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs R.Ə.Məmmədov inzibati xəta haqqında iş üzrə şikayətinə baxılmasını istəmədiyinə və həmin şikayətin qaytarılmasını xahiş etdiyinə görə şikayətə baxılmasına əsaslar yoxdur və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 xahişi təmin edilsin. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin əməkdaşı X2 qəbul etdiyi 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət X3 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar