Məhkəmə qərarları › İş №3(010)-4/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs X5 nümayəndəsi vəkil X4, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X10 iştirakları ilə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsi tərəfindən Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarına əsasən X9 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə edilmişdir. X3 rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin əməkdaşı tərəfindən onun barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə EPQ ******* saylı, 05 avqust 2021-ci il tarixli inzibati tənberh vermə barədə qərar qəbul edilmişdir. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin EPQ ******* saylı 05 avqust 2021-ci il tarixli qərarı 17 avqust 2021-ci ildə rəsmi qaydada ona təqdim edilmişdir. Bildirmək istəyir ki, 05 avqust 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları qanunsuz və əsassız olaraq sahibliyində olan “X15”-na daxil olaraq İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğunu bildirdilər. Halbuki, qeyd olunanlar tamamilə əsassızdır. Belə ki, restoranda həmin vaxt ayrı-ayrı zallarda 2 şənlik mərasimi var idi. Həmin məclislərdən biri 90 nəfərlik və digəri isə 36 nəfərlik şənlik mərasimi idi. 90 nəfərlik olan şənlik mərasimində yoxlanış keçirilərkən, həmin məclisdə iştirak edənlərinhər birində “COVİD-19" əleyhinə peyvəndin vurulmasına dair passportların olması, həmin məclisin “icaze.e-gov.az" portalından qeydiyyatdan keçərək toy keçirilməsi üçün icazənin “icaze.e-gov.az” portalında olması və heç bir kararılin qaydasının pozulmaması aşkarlanmışdır. Digər 36 nəfərlik şənlik mərasimində isə portalın olmadığına görə karantin qaydasının pozulması bildirilmişdir. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən 50 nəfərə qədər olan şənlik mərasimi həmin portaldan qeydiyyatdan keçməli deyil və portaldan qeydiyyatdan keçmək istəyərkən 50 nəfərə qədər olan şənlik mərasimi ümumiyyətlə portal qeydiyyatına düşmür. 9108 Çağrı Mərkəzi ilə əlaqə saxlanılaraq 50 nəfərədək olan şənlik mərasimlərinin keçirilməsi üçün “icaze.e-gov.az" portalında qeydiyyatdan keçilməsinin lazım olması barədə məlumat əldə etdikdə ona bildirilmişdir ki, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçilməsi lazım deyil. O, polis əməkdaşlarına bu hal barədə bildirilsə də, polis əməkdaşları onun sözlərinə fikir verməmişlər və qanunsuz olaraq qərəzli qərar qəbul edilmişdir. Bundan əlavə olaraq sözügedən şadlıq sarayında o, yalnız işçidir və onun adına vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. Belə ki, həmin şadlıq sarayının fəaliyyəti ilə bağlı VÖEN onun adına deyildir və bu şikayətə əlavə etdiyi VÖEN-nin surətindəndə görünür.Həmçinin, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları yoxlama apararkən, restoranda əyləşən müştərilərə maneəçilik edərək, müştərilərin rahat istirahət etməsinə şərait yaratmayıblar. Belə olan halda həm sahibkarın hüquq və fəaliyyətinə maneəçilik yaradılır, həm də sahibkarın hüquqları orqan tərəfindən pozulur. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun göstərişinə əsasən polis əməkdaşları şənlik mərasiminə gələnləri qapıda yoxlayır və restorana istisna hal baş vermədiyi halda daxil olmurlar. Qeyd edir ki bu kimi yoxlamaların keçirilməsi ilə bağlı videogörüntülər mətbuatda geniş yayılmışdır və obyektiv olması açıq aşkardır.Bundan əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən təqsirsizlik prezumpsiyası böyük hüquqi təcrübə ilə dəstəklənir və bir sıra konvensiyalar vasitəsilə müasir beynəlxalq hüquq bu prinsipə riayət olunmanı təmin edir. Şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün onun müəyyən hərəkətləri sübut olaraq təqdim edildikdən sonra bəmin şəxsi təqsirli hesab etməyə əsas yaranır. Digər halda isə şəxs təqsirli hesab edilə bilməz. Göründüyü kimi tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs X5 nümayəndəsi vəkil X8 işin məhkəmə baxışı zamanı şikayətdə göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, “X15”-da inzibati protokol tərtib edilən gün iki fərqli zalda iki məclis olmuşdur. Həmin zalların birində 90 nəfər, digərində isə 36 nəfər olmuşdur. Restoranın rəhbərliyi tərəfindən 90 nəfərlik məclisdə iştirak edən hər bir şəxs “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçirilsə də, digər 36 nəfəri “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçirmək mümkün olmamışdır. Bundan başqa, “X15” X5 mülkiyyətində deyildir. Belə ki, sonuncu həmin restoranda anjaq administrator olmuşdur. Bu səbəbdən də, X9 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz. Odur ki, qeyd olunanları nəzərə alaraq, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X13 bildirmişdir ki, 5 avqust 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “X15”-na baxış keçirilən zaman karantin qaydalarının pozulması aşkar edilmişdir. Belə ki, “X15”-da keçirilən məclisdə iştirak edən 50-60 nəfərlik məjlisdə vətəndaşların “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Monitorinq zamanı X9 qeyd edilən restoranın sahibi kimi özünü polis əməkdaşlarına təqdim etmişdir. Bu səbəbdən də, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, “icaze.e-gov.az“ portalında da müəsissənin rəhbəri kimi X5 adı qeyd olunmuşdur. Bu səbəbdən, ərizəçinin güya müəsissədə adi işçi olmasına dair mülahizələrin heç bir əsası yoxdur. X9 polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmiş, orada xahiş etmişdir ki, ona köməklik göstərilsin və o, jərməyə məruz qalmamaq üçün elə oradaja ikinji məjlisini iştirakçılarını portaldan keçirəjəkdir, lakin bütün jəhdlərinə baxmayaraq, buna müvəffəq ola bilməmişdir. Odur ki, məhkəmədən X5 şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli Qərarının: 2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; 2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; 2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır; 2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir; 2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq “şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən qonaq sayı haqqında məlumatı “icaze.e-gov.az” portalına daxil edilməsi” sistemi 05.08.2021-ci il tarixdə qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən X9 barəsində protokol tərtib edildiyi gün, yəni 05.08.2021-ci il tarixdə Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq ictimai iaşə obyektlərində şənliklərin keçirilməsi “şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən qonaq sayı haqqında məlumatı “icaze.e-gov.az” portalına daxil edilməsi” sistemi ilə mümkün olmuşdur. Yəni, Azərbaycan Respublikası ərazisində yerləşən hər bir şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq qonaq sayı haqqında məlumatı “icaze.e-gov.az” portalına daxil etməlidir. Lakin işin faktiki hallarından, barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs X5 şikayət ərizəsində qeyd etdiklərindən, həmçinin sonuncunun nümayəndəsi vəkil X4 və Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X10 məhkəmə iclasında bildirdiklərindən müəyyən olunmuşdur ki, şənlik mərasimi keçirilən məkanda iştirak edən şəxslər barəsində məlumat X9 tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməmişdir. Məhkəmə iclasında barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs nümayəndəsi vəkil X8 “X5 9108 Çağrı Mərkəzi ilə əlaqə saxlaması, şənlik mərasimində iştirak edən şəxslərin “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçirə bilməməsini məlumat verməsini, 9108 Çağrı Mərkəzindən cavab olaraq 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçilməsi lazım olmadığı” barədə telefon danışığının olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Bundan əlavə xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli Qərarında “50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində “icaze.e-gov.az“ portalında qeydiyyatdan keçilməsinin lazım olmaması” barədə bənd müəyyən olunmamışdır. Bununla da, X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs X9 şikayət ərizəsinin əsaslandırıcı hissəsində “X15”-nın onun sahibliyində olmadığını qeyd etmiş, həmçinin, X5 nümayəndəsi vəkil X6 məhkəmə iclasında “X15”-nın X1 olmadığını bildirmişdir. Halbuki, həmin şikayət ərizəsinin giriş hissəsində X9 “X15”-nın onun sahibliyində olduğunu qeyd etmişdir. Bununla da, X9 şikayət ərizəsində qeyd etdiyi əsasları həmin ərizədə qeyd etdiyi ziddiyətli cümlələr ilə şübhə altına almışdır. Bundan başqa, məhkəmə ijlasında ifadə vermiş Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin sahə rəisi X13 da göstərmişdir ki, “icaze.e-gov.az“ portalında da müəsissənin rəhbəri kimi X5 adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X12 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X12 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X12 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, qanunvericilik X12 protokolu sübut növü kimi qəbul edir. İş materiallarında olan 05.08.2021-ci il tarixli EXP ******* saylı X12 Protokoldan isə görünür ki, 05.08.2021-ci il tarixdə X2 recim qaydalarını pozmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X5 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarı qanuni və əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarı qanuni və əsaslı olduğundan, X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 05.08.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar