Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-400/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin inzibati xəta haqqında iş üzrə 21 fevral 2022-ci il tarixli EPQ ******* №li qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsi tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli EPQ ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsiini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, o, Suraxanı rayonu, Yeni Günəşli, "V” massivi ünvanında yerləşən "Elay” gözəllik salonunda usta kimi çalışır. 21.02.2022-ci il tarixdə müştərinin üzündə prosedur aparılan zaman içəriyə heç bir xəbərdarlıq etmədən polis nəfəri daxil oldu. Xəbərdarlıq edmədən dedikdə, işlədiyim yer gözəllik salonu olduğundan orada xanım müştərilər açıq-saçıq vəziyyətdə ola bilər, yəni onların bədənlərin müxtəlif nahiyyələrində prosedurlar aparıla bilir. Bu polis nəfəri özünü təqdim etmədən içəri daxil oldu və vaksinin olub-olmadığını soruşdu. Onun həm vaksini, həm də üzündə qoruyucu vasitəsi (maskası) olduğundan heç bir narahatçılıq keçirməmişdir. Lakin həmin bu polis ondan və müştərilərdən lazımi məlumatları aldıqdan sonra çıxıb getdi və hamısının maskaya görə cərimə olunduqlarını bildirdi. O, səbəbini öyrənmək üçün onun arxasınca qaçmış, lakin polis əməkdaşı ona qulaq asmadan çıxıb getdi. Polis onların hansı əsasla cərimə olunmaları ilə bağlı heç bir rəsmi sənəd təqdim etmədiyinə görə, o, qərar və protokolu almaq üçün səhər getmişdir. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə və Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin rəis müavini X1 EPQ ******* saylı, 21.02.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 (yüz) manat cərimə tətbiq edilmişdir. Bildirir ki, onun üzündə qoruyucu vasitə var idi, lakin üzərində prosedur aparılan müştərinin yox idi. Çünki onun üzündə prosedur apardığı zaman qoruyucu vasitənin taxılması ona maneə törətməsi ilə nəticələnir və heç bir məntiqə sığmır. Belə ki, həmin qərarın verilməsinə səbəb olan Suraxanı Rayon Polis idarəsinin 33-cü PB-nin EXP 1 277013sayh, 21.02.2022-ci il tarixli İnzibati xəta haqqında protokolunda belə qeyd edilmişdir ki, mən İXM-nin 211.2-ci maddəsinin əsaslarını pozmuşdur. Lakin orada bununla bağlı heç bir sübut göstərilməmişdir və heç onun izahatı da alınmamışdır. Yəni heç olmasa iş materiallarına fotoşəkil və ya videogörüntü qeydi əlavə olunmalı idi. Xüsusilə qeyd edir ki, barəsində tərtib edilmiş 21.02.2022-ci il tarixli İnzibati xəta haqqında protokolda hal şahidləri göstərilməmiş, eləcə də İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində qeyd edilmiş epidemiya və karantin rejimlərinin pozulmasına səbəb olan hansı hərəkətə yol verildiyi qeyd edilməmişdir. Odur ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsi tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli EPQ ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Suraxanı rayon Məhkəməsinə 09.03.2022- ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 18 aprel 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Suraxanı rayon Polis İdarəsinin 33cü Polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətə uyğun izahat verərək barəsindəki 21 fevral 2022-ci il tarixli EPQ ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində EXP ******* saylı 21 fevral 2022-ci il tarixli protokol tərtib olunmuş və həmin protokola əsasən 21 fevral 2022-ci il tarixdə EPQ ******* saylı qərar qəbul edilərək X3 barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 211.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X3 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə X3 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, protokolda inzibati xətanın törədildiyi yer, tarix və digər işin faktiki halları göstərilməmişdir.Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin X3 barəsindəki inzibati xəta haqqında 21 fevral 2022-ci il tarixli EPQ ******* nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-400/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-400/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver