Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4000/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 oktyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. 09 oktyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" gömrük postundan daxil olan xx.xx.2025-ci il tarixli 3-33- 3200/024/003296 nömrəli raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, İran İslam Respublikasından yük gəmisi ilə "xxxx" MMC-nin ünvanına göndərilən, **********3443 nömrəli qısa idxal bəyannaməsi və daha sonra tərtib edilmiş **********8914 sorğu nömrəli gömrük bəyannaməsində 57 yer, 79800 kq, 1150 m² "Morvarid mashad" qranit növü kimi bəyan olunan yükə keçirilən yoxlama zamanı, yükün ümumilikdə 57 yer, çəkisi 109520 kq olmaqla, 47 yer 90620 kq 2317,80 m² "Morvarid mashad" qranit yükündən, 10 yer 18900 kq 77,0 m² "Nehbəndan" qranit yükündən ibarət olduğu müəyyən edilmişdir. Ümumilikdə, "xxxx" MMC tərəfindən 22934,60 manat dəyərində mal Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Buna görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, şirkətin ünvanına Yunan Respublikasından Qranit yükü gəlmiş, həm qısa idxal həm gömrük bəyannaməsi edilmiş, hər ikisində də qeyd edilmişdir ki, növü 1150 kvadrat məişət qranitidir. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, bir qismi məşhət qranit, bir qismi isə mehtəndandır. 1150 kv məşhət qeyd edilməsinə baxmayaraq, yoxlama zamanı 2317 kv məşhət və 77 kv mehdəndan aşkar olunmuş və ekspertizaya göndərilmişdir. Qeyd etdi ki, düzgün bəyan edilməyən ümumi məbləğ 22930,60 manat müəyyən edilmişdi. Hüquqi qiymət verilməsini xahiş etmişdir. Bundan əlavə bildirdi ki, şirkətin nümayəndəsi izahat vermiş və faktı qəbul etmiş, İran tərəfdən özləri məktubu təqdim etmişdirlər. Şirkətin nümayəndəsi Gürcüstanda olduğuna görə iştirak edə bilməmiş, məsələyə onların iştirakları olmadan baxıla biləcəyini bildirmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, barəsində protokol tərtib edilmiş şəxs Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 28 iyun 2025-ci il tarixdə İran İslam Respublikasından "Best1" gəmisi vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və həmin tarixdə X2 Sistemində (VAİS) təyinat gömrük orqanına çatması təsdiq olunmuş, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixli **********3443 nömrəli qısa idxal bəyannaməsi ilə bəyan edilən yer sayı 57 ədəd, çəkisi 79800 kq "qranit daşlar" (Morvarid Mashad növü) yükünün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün xx.xx.2025-ci il tarixli 09/1124-5 nömrəli invoys sənədi üzrə xx.xx.2025-ci il tarixdə 57 yer, 79800 kq "qranit daşlar üçün xx.xx.2025-ci il tarixli **********8914 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. X1 (GRP) qeyd olunan gömrük bəyannamələrinin əhatə etdiyi mallar xx.xx.2025-ci il tarixində fiziki baxışın keçirilməsi üçün "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" gömrük postuna yönləndirilmişdir. Gömrük nəzarəti zonasında yerləşən mallara fiziki baxış keçirilmiş və çəki göstəricilərinin müəyyən edilməsi məqsədilə liman ərazisində yerləşən tərəzidə ölçülmüşdür. Nəticədə, xx.xx.2025-ci il tarixli **********3443 nömrəli qısa idxal bəyannaməsində və xx.xx.2025-ci il tarixli **********8914 nömrəli gömrük bəyannaməsində göstərilənlərdən fərqli olaraq 10 yer 18900 kq "qranit daşlar" (Nehbəndan növü), 47 yer 90620 kq "qranit daşlar" (Morvarid Mashad növü) olmaqla, ümumilikdə 57 yer 109520 kq "qranit daşlar olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikasından "Best1" gəmisi vasitəsilə "xxxx" MMC-nin (VÖEN **********) ünvanına göndərilən və şirkət tərəfindən xx.xx.2025-ci il tarixli **********3443 nömrəli qısa idxal bəyannaməsi ilə bəyan edilən və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün xx.xx.2025-ci il tarixli **********8914 nömrəli gömrük bəyannaməsi təqdim edilən 57 yer, 79800 kq "qranit daşlar (Morvarid Mashad növü) adlı yükə keçirilən yoxlama zamanı, xx.xx.2025-ci il tarixli **********3443 nömrəli qısa idxal bəyannaməsində və xx.xx.2025-ci il tarixli **********8914 nömrəli gömrük bəyannaməsində göstərilənlərdən fərqli olaraq 10 yer 18900 kq "qranit daşlar" (Nehbəndan növü), 47 yer 90620 kq "qranit daşlar" (Morvarid Mashad növü) olmaqla, ümumilikdə 57 yer 109520 kq "qranit daşlar" olduğu müəyyən edilmişdir. Yoxlamanın predmeti olan mallar götürülərək, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunda gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş **********3443 nömrəli qısa idxal bəyannaməsi və **********8914 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, İran İslam Respublikasından yük gəmisi ilə "xxxx" MMC-nin ünvanına göndərilən yük 57 yer, 79800 kq, 1150 m² "Morvarid mashad" qranit növü kimi bəyan olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 09/0425 saylı Müqavilədən görünür ki, “X7 Limited” – satıcı və "xxxx" MMC – alıcı arasında müxtəlif çeşidlərdə mərmər və seramik məmulatların satşı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekpertizasının 09 sentyabr 2025-ci il tarixli 6/2489 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş tədqiqat obyektlərinin (daşların) qeyri-üzvü tərkibi "SPEKTRO X-Sort-2 Combi System" markalı XRF cihazı ilə yoxlanıldı. Nümunələrin qeyri-üzvü tərkibi silisium, aliminium, kalium, kalsium, dəmir və s. elementlərinin oksidlərindən ibarətdir. Ayrı-ayrılıqda nəticələr (keyfiyyət göstəriciləri) cədvəllərdə göstərilmişdir. Təqdim edilmiş tədqiqat obyektlərinin (daşların) (cədvəllərə əsasən) əsas (silisium) qeyri-üzvü oksid tərkibi qranite uyğundur. Lakin qeyd olunan tədqiqat metodu təqdim olunan daşların qranitin hansı növünə aid olmasını müəyyən etmək üçün kifayət deyil. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 150 (yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" gömrük postundan daxil olan xx.xx.2025-ci il tarixli 3-33-3200/024/003296 nömrəli raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, İran İslam Respublikasından yük gəmisi ilə "xxxx" MMC-nin ünvanına göndərilən, **********3443 nömrəli qısa idxal bəyannaməsi və daha sonra tərtib edilmiş **********8914 sorğu nömrəli gömrük bəyannaməsində 57 yer, 79800 kq, 1150 m² "Morvarid mashad" qranit növü kimi bəyan olunan yükə keçirilən yoxlama zamanı, yükün ümumilikdə 57 yer, çəkisi 109520 kq olmaqla, 47 yer 90620 kq 2317,80 m² "Morvarid mashad" qranit yükündən, 10 yer 18900 kq 77,0 m² "Nehbəndan" qranit yükündən ibarət olduğu müəyyən edilmişdir. Ümumilikdə, "xxxx" MMC tərəfindən 22934,60 manat dəyərində mal Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar va nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 150 (bir yüz əlli) manat xərc hüquqi şəxs "xxxx" MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 22934.60 (iyirmi iki min doqquz yüz otuz dörd manat 60 qəpik) gömrük ödənişləri məbləğinin 30 (otuz) faizi məbləğində, yəni 6880.38 (altı min səkkiz yüz səksən manat otuz səkkiz qəpik) məbləğində inzibati cərimə edilsin. Keçirilmiş materialların məhkəmə ekspertizasının xərci - 150 (bir yüz əlli) manat "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4000/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4000/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver