Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-405/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxxx 1956-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ali təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 123 nömrəli evin 112 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 05 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində saatda 40 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda buna əməl etməmiş və idarə etdiyi avtomobillə əks hərəkət zolağına çıxaraq, əvvəlcə X4 etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz E280” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə X2 etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C220 CDİ” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X1 alın nahiyyəsinin və üst göz qapağının şişkinlik və qançırı (hematoması), həmin gözün ağlı qişasının qansızması ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2011-ci il tarixdən özünə məxsus “Mitsubishi Outlander” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 05 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətində saatda 40 km sürətlə hərəkət etdiyi zaman əks hərəkət zolağı ilə hərəkət edən “Mercedes Benz” markalı avtomobili görmüş və həmin avtomobillə toqquşmamaq üçün əyləcə basmış, lakin idarə etdiyi avtomobilin sol hissəsi həmin avtomobilin sol hissəsi ilə toqquşmuş və zərbənin təsirindən avtomobili sola istiqamətlənərək “Mersedes Benz C” markalı digər avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində özü xəsarət almamışdır, lakin avtomobilində sərnişin qismində əyləşən şəxs xəsarət almışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasında olmuş, hadisə zamanı sərxoş olmamışdır. İş üzrə zərəçəkmiş şəxs X3 ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 05 yanvar 2022-ci il tarixdə, saat təxminən 18 radələrində tanışı Fəxrəddinə məxsus olan “Mitsubishi” markalı avtomobilinə arxa sağ oturacaqa sərnişin qismində əyləşmiş və onlar hərəkətdə olduqları zaman anidən zərbə hiss etmişdir. Sonra yol-nəqliyyat hadisəsi baş verdiyini anlamışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım gəlmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli, 2/677 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 19 saylı rəyindən görünür ki, X3 bədən səthində sol alın nahiyyəsinin və üst göz qapağının şişkinlik və qançırı (hematoması), həmin gözün ağlı qişasının qansızması kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 05 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 fevral 2022-ci il tarixli, 8/130 nömrəli rəyinə əsasən təhqiqat tərəfindən verilən məlumatlara əsasən: 1. “Mitsubishi Outlander” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. “Mersedes Benz E 280” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması hərəkətlərini tətqiq etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərarından həmçinin görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1 və 55.2-ci maddələrinə əsasən yol-nəqliyyat hadisələri ekspertizanın aparılmasına sərf olunmuş vəsait dövlət büdcəsi hesabına aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 303546 saylı sürcülük vəsiqəsi Şəxs qaytarılsın. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizanın aparılmasına sərf olunmuş vəsait dövlət büdcəsi hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-405/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-405/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver