Məhkəmə qərarları › İş №3(010)-406/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-406/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-406/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1975-ci ildə Gürcüstan SSR, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 39 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş xx xxxx 2018-ci il tarixli 2(010)-3753/2018 nömrəli icra vərəqəsinə əsasən borclular X1 və Şəxs müştərək qaydada cəmi 12.371,16 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar “xxxx” İKB ASC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx.xx.2018-ci şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş verilmişdir. Borclu Şəxs könüllü icra üçün verilmiş müddətdə borcunu tələbkarın xeyrinə ödəmədiyindən onun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halını müəyyən etmək mümkün olmamışdır. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, hazıradək borcundan ödəniş etməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Borclu Şəxs şöbədə verdiyi izahatında pulu olmadığı üçün ödəniş etmədiyini göstərmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Bununla da, Şəxs təyin olunmuş borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, bank qarşısındakı müvafiq kredit borcu üzrə zamin olub. Əsas borclu isə X3r. Ona görə də ümid edirdi ki, X4 borcu özü ödəyəcək. Bu səbəbdən də uzun müddət ödəniş etməyib. Lakin məhkəmə qərarının icrasından da yayınmır. Belə ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə X4 ilə köməkləşib, bankla razılıq əldə etmiş, bank tərəfindən onlara müəyyən məbləğdə güzəşt edilmiş, qalan məbləği isə tam olaraq ödəmişlər. Hazırda banka olan borc tam bağlanıb. Eyni zamanda 7 faizlik icra ödənişindən 100 manat ödəniş edib. İcra ödənişinin qalan hissəsini ödəmək üçün hazırda maddi imkanı yoxdur. Həmin qalıq məbləği maddi imkanı olan kimi ödəyəcək. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin obyektiv cəhətdən yaranması üçün onun müvafiq hərəkəti (hərəkətsizliyi) üzrsüz olmalıdır. Əks təqdirdə İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yarana bilməz. “xxxx” ASC-nin (əvvəlki adı – “xxxx” İKB ASC) tərəfindən Suraxanı rayon İcra şöbəsinə, Cəlilabad rayon İcra şöbəsinə və borcluya ünvanlanmış məktubların məzmunundan görünür ki, xx xxxx 2018-ci il tarixli 2(010)-3753/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar tərəflər arasında razılıq əldə olunmuş, müvafiq borc məbləği müəyyən hissədə güzəşt olunaraq, qalan hissədə tam ödənilmişdir. Hazırda “xxxx” ASC-nin borclulara qarşı heç bir tələbi qalmayıb. Bu səbəbdən də tələbkar icra sənədi üzrə icraata xitam verilməsini İcra şöbələrindən xahiş edir. İş materiallarından həmçinin görünür ki, borclu 7 faizlik icra ödənişindən 100 manat miqdarında ödəniş edib. O, bildirir ki, hazırda daha artıq miqdarda ödəniş etmək üçün maddi imkanı yoxdur. Bunun əksi iş materialları ilə təsdiq edilmir. Göstərilənləri və işin digər faktik hallarını məcmu şəkildə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar