Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4065/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin polis sahə inspektoru X9, zərərçəkmiş şəxs X1 nümayəndəsi (vəkili) X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 17 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 25 may 2023-cü il tarixli qərarından görünür ki, X3 09 may 2023-cü ildə saat 11:00 radələrində əvvəllər yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evindən məhkəmə qərarına uyğun olaraq əşyalarını götürərkən keçmiş əri Şəxs ilə aralarında yaranmış mübahisə zəminində Şəxs tərəfindən döyülərək dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. İşin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin polis sahə inspektoru X13 protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X1 nümayəndəsi (vəkili) qismində dindirilmiş X10 bildirmişdir ki, 09 may 2023-cü ildə X3 xalası X7 ilə birlikdə özünə məxsus əşyaları götürmək məqsədi ilə əvvəllər yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin evdə N.İsmayılova olduğu zaman keçmiş əri Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs N.İsmayılovanı söyüb təhqir edərək əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq N.İsmayılovanı döymüşdür. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, X3 ilə arasında mübahisə yaranmasına baxmayaraq onu döyməmişdir. Belə ki, 09 may 2023-cü ildə saat 11:00 radələrində bacısı qızı X6 ilə birlikdə özünə məxsus əşyaları götürmək məqsədi ilə əvvəllər yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada olduğu zaman keçmiş arvadı X3 nalayiq ifadələr işlədərək bacısı qızını və onun yaxın qohumlarını təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. Daha sonra o, bacısı qızı ilə birlikdə evi tərk edərək getmiş, bir qədər sonra isə anası X11 və xalası X8 ilə birgə geri qayıtmışdır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 10 may 2023-cü il tarixli 347 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X2 başın ənsə nahiyəsində yumşaq toxumanın postravmatik lokal tüksüzləşməsi ilə müşayiət olunan şişkinliyi; hər iki bazunun və sol əlin arxa səthinin qançırları; döş qəfəsinin sol yuxarı bayır səthinin və sol bazunun sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 09 may 2023-cü il tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən « Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4065/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4065/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver