Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4069/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının, Musayeva Aysel Xaliddin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 01 saylı 15 mart 2023-cü il tarixli inzibati xəta dair qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı RPİ-nin sahə inspektoru tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 09 yanvar 2023-cü il tarixli protokolun və həmin protokol əsasında qəbul edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin 01 saylı 15 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, X2 şikayət ərizəsi əsasında Suraxanı RPİ-nin 30-cu Polis Bölməsində araşdırma aparılmış, onu dəvət etmədən, ona bildiriş göndərmədən onun gəlməməyini bildirmişlər. Ümumiyyətlə imzalamaqdan imtina etdiyimi bildirmişlər. Halbuki, qeyd olunan protokol və qəbul olunmuş qərardan tamamilə məlumatsızdır. Çünki istər protokol və istərsə qərar onun iştirakı olmadan və ona məlumat verilmədən qəbul edilmişdir. Eyni zamanda Protokol düzgün tərtib edilməmiş, əməlində inzibati xətanın tərkibinin olub-olmaması araşdırılmamışdır. Hər hansı bir qanunsuz tikilidən söhbət gedə bilməz. Tikinti işləri qanunvericiliyin tələbinə uyğun aparılmış və bununla bağlı müvafiq icazələr alınmışdır. Nəzərə almaq lazımdır ki, tikinti aparılan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bu barədə müvafiq çıxarış da ona verilmişdir. Sahə inspektoru da onu çağırmadan, ona məlumat vermədən və olmadığı halda protokola imza etdiyini bildirməyini qeyd etməklə barəsində MN №1537923 protokol tərtib etmiş və onu dəvət etmədən protokolu tərtib edərkən onun izahatını almadan inzibati xəta haqqında qanunsuz icraat aparılmışdır. Əsassız olaraq tərib edilmiş protokol aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmiş və Suraxanı rayon İcra Hakimiyyətinin 01 saylı 15 mart 2023-cü il tarixli qərarı qəbul olunmuşdur. Əksinə, eyni zamanda bildirir ki, 01 yanvar 2023-cü il tarixindən 102 mərkəzi vasitəsi ilə o əmlakının məhv edilməsi ilə bağlı polis orqanlarına dəfələrlə şükayət ünvanlamışdır. Elə həmin Suraxanı RPİ-nin 30-cü polis bölməsində təhqiqat aparılmış və 10 yanvar 2023-cü il tarixdə “materialların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında “ Qərar qəbul edilmiş və Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və hal-hazırda 2 iş iş üzrə istintaq tədbirləri həyata keçirilir.Həmin vaxt X4 ona qarşı tikinti işlərinin dayandirilması tələbi ilə Suraxanı rayon məhkəməsinə ərizə müraciət etmişdir.Məhkəmə onun məlumatı və iştirakı olmadan İbrahimova G.Ş qızının ərizəsinin təmin etmiş, lakin o, bu qərardaddan məlumat alan kimi müvafiq sənədləri (tikintiyə dair icazə sənədlərinin) toplayaraq qərardadın ləgv edilməsi ila bağlı yeni qərardadın qəbul edilməsi xahişi həmin məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim etdiyi materialları araşdıraraq əvvəlki qərardadını ləğv edib, yəni onun haqlı olduğunu və tikinti işlərini qanuna müvafiq apardığımı təsdiq edib. Həmin qərardad bu gündə qüvvədədir. Bu protokolu yazan sahə inspektoru ən azı əməkdaşı olduğu bölmədə bu məsələ ilə bağlı təhqiqat aparıldığını bilməli idi, belə halda bir birinə zidd qərar və protokol yazılmazdı. Ümumiyyətlə həmin qərar düzgün tərtib olunmamış və məsuliyyət daşıdığımı göstərən maddəni əlavə etməyi unutmuşlar. Həmin qərarda düzgün araşdırılmamışdır. Qəbul olunarkən hansı sübutlara istinad etdiyi göstərilməmişdir. Protokol tərtib edilərkən o heç bir orqana dəvət edilməmişdir. Buna baxmayaraq protokolda göstərilir ki, guya o, imza etməkdən imtina etmişdir. Onu rəsmi qaydada dəvət etməmişdir. Bu barədə hər hansı bir məlumat yoxdur. O, protokolu mübahisələndirməli və bununla bağlı qəbul olunmuş Suraxanı rayon İcra Hakimiyyətinin 01 saylı qərarını da müabahisələndirir. Odur ki, Suraxanı RPİ-nin sahə inspektoru tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 09 yanvar 2023-cü il tarixli protokolun və həmin protokol əsasında qəbul edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin 01 saylı 15 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarı qəbul etmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə və inzibati protokolu tərtib etmiş sahə rəisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda qeyd edilmişdir ki, ünvan 2 ünvanda birinci mərtəbənin sahibi X7 həmin mənzili qeyri-yaşayış obyektini öz istifadəsi üçün orada özbaşına aidiyyatı qurumların icazəsi alınmadan tikinti işləri aparılmışdır. Bununla da İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1 saylı inzibati inzibati xətaya dair qərarda qeyd olunmuşdur ki, X7 İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 267 saylı, 02 noyabr 2022-ci il tarixli sərəncamından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş X1 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ünvan 5 ünvanında xüsusi mülkiyyətində olan mənzilin yaşayış sahəsini təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsini xahiş etmiş, müəyyən edilmişdir ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********27-05101- 093021) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən (surətləri əlavə olunur) yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilin yaşayış sahəsi 59.85 kv.m. ümumi sahəsi 88.65 kv.m olmaqla 4 (dörd) yaşayış otağından ibarətdir. Mənzildə yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmış, uzun illər qabaq qeyriyaşayış sahəsi kimi isıtifadə etmək üçün uyğunlaşdırılmışdır. ünvan 6 ünvanında vətəndaş X3 xüsusi mülkiyyətində olan mənzildə yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparıldığını nəzərə alaraq, mənzilin yaşayış sahəsi təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli Suraxanı Rayon İcra Hakimiyyəti yanında Mənzil-məişət məsələləri üzrə idarələrarası komissiyanın üzvləri tərəfindən verilmiş texniki rəydən görünür ki, X5 məxsus olan ünvan 7 ünvanında yerləşən mənzilə yerində baxış keçirərək müəyyən edilmişdir ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********27-05101-093021) əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən mənzil vətəndaş X3 xüsusi mülkiyyətindədir və mənzilin yaşayış sahəsi 59,85 kv.m, ümumi sahəsi 88.65 kv.m olmaqla 4 (dörd) yaşayış otağından ibarətdir. Mənzil qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab etmişdir ki, vətəndaş R.Qənbərovun mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən mənzilin yaşayış sahəsi təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün səbəb olan müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan qanunsuz olaraq qeyri-yaşayış evin tikilməsi barədə heç bir mötəbər sübut növü inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti və inzibati protokolu tərtib etmiş Bakı şəhər Suraxanı RPİ-nin 30-cu Polis bölməsi tərəfindən məhkəməyə təqdim edilməmiş, onlar X3 təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol və qərar tərtib etməklə kifayətlənmişlər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi almadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə başlanmış icraata xitam .erilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2 -ci maddələrinə əsasən "inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xususi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 395.1-ci maddəsinin tövfisedici əlaməti müvafiq icazə alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsindən ibarətdir. İnzibati işin materiallarına əlavə edilmiş R.Qənbərov tərəfindən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1 -ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X3 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 01 saylı 15 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X7 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 01 saylı 15 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4069/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4069/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver