Məhkəmə qərarları › İş №3(010)-407/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-407/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-407/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixində qonşuluğunda yaşayan Oktay adlı şəxsin qonaqlarının – X1 və X2 maşınlarının güzgülərini qəsdən sındıraraq maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx.xx.2021ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə qapını təmizləyərkən Mersedes və Toyota Prado markalı avtomaşınların evin qapısına çox yaxın saxladığını görmüş, saatlarla avtomaşınların sahibini axtarmışdır. O, dəfələrlə avtomaşınların təkərinə təpiklə vurmuş, lakin heç kimin gəlmədiyini görmüş, saat 23:00 radələrində isə bəlkə səsi çıxsın deyə Mersedes markalı avtomaşının sağ yan güzgüsündən vumuşdur. Həmin vaxt güzgünün üst qapağı yerə düşmüşdür. X7 markalı avtomaşının güzgüsünü vurduğunu görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 oğlu izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə dostu Oktay Məmmədovun yaşadığı Qaraçuxur qəsəbəsi Şərq y\s döngə 16 ünvanına qonaq gəlmişdir, özünə məxsus «Mersedes» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını həmin ünvanın qarşısında saxlamışdır. Saat 23:00 radələrində o, avtomaşına yaxınlaşdıqda avtomaşının qonşuluqda yaşayan Gülər adlı qadının kürəkəni olan, adını bilmədiyi şəxs tərəfindən qəsdən sağ yan güzgüsünün sındırıldığını, sağ qanadının əzildiyini aşkar etmişdir. Hadisə nəticəsində ona 120 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə dostu Oktay Məmmədovun yaşadığı, Qaraçuxur qəsəbəsi Şəqr y\s döngə 16 ünvanına qonaq gəlmişdir, özünə məxsus «Toyota Prado» markalı, **- UA-*** d.q.n avtomaşını həmin ünvananın qarşısında saxlamışdır. Saat 23:00 radələrində o, avtomaşına yaxınlaşdıqda avtomaşının qonşuluqda yaşayan Gülər adlı qadının kürəkəni olan, adını bilmədiyi şəxs tərəfindən qəsdən sağ yan güzgüsünün sındırıldığını, sağ qanadın əzildiyini, sağ tərəfdə olan hər iki qapının əzildiyini aşkar etmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elnur İskəndərovun qəbul etdiyi cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Əməli törətmiş vət.Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 -ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Bərzu Həşimov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il tarixində qonşuluğunda yaşayan Oktay adlı şəxsin qonaqlarının maşınının güzgülərini qəsdən sındıraraq maddi ziyan vurması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər X1 və X2 avtomobillərinin güzgüsünü zədələməsi sübuta yetirildi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Bu səbəbdən də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsinin sanksiyası həddində Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 420 (dörd yüz iyirmi) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar