Məhkəmə qərarları › İş №3(010)-408/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-408/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-408/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, koronovirus xəstəliyi ilə bağlı xüsusi karantin rejimi qaydalarına uyğun olaraq evi yalnız zəruri hallarda tərk edir. xx xxxxxx 2021-ci ildə səhər saatlarında blokun giriş qapısını təmir edərkən yıxılmış və qapı ayağına düşmüşdür. Ona görə də xəstəxanaya getmək üçün ll:05-də SMS vasitəsilə icazə alıb xxxxa müayinəyə getmişdir. Rentgen keçmiş, lakin həkim əməliyyatda olduğuna görə onun qəbuluna düşə bilməmiş, bu səbəbdən özünü başqa həkimə göstərmək üçün xəstəxanadan çıxmışdır. Lakin yolla gedən vaxt ona məlumat vermişlər ki, həkim artıq əməliyyatdan çıxıb. Ona görə də geri qayıtmışdır. Daha sonra KT müayinəsindən keçməli olub. X2 həmçinin qeyd edir ki, xəstəxanadan çıxarkən arayış istəmiş, lakin ona Rentgenoqrafiyanın cavabında saat göstərildiyi bildirilərək, bunun kifayət etdiyi deyilmişdir. Lakin 14:10-da polis tərəfindən saxlanılmış, vəziyyəti izah etməyə çalışdığına baxmayaraq, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X1 təqdim etdiyi SMS məlumatından görünür ki, ona tibbi zərurətlə əlaqədar olaraq xx xxxxxx 2021-ci ildə saat 11.05-də 3 saat ərzində, yəni saat 14.05-dək yaşayış yerini tərk etməsinə icazə verilib. X2 məhkəməyə “xxxx” MMC tərəfindən xx xxxx 2021-ci il tarixdə verilmiş 750 nömrəli arayışı təqdim edib. Həmin arayışdan görünür ki, X2 həqiqətən xx xxxxxx 2021-ci il tarixində “xxxx” klinikasında travmatoloq müayinəsində olmuşdur. Həmçinin iş materiallarına rentgen müayinəsinin arayışı təqdim olunub. Həmin arayışdan şikayətçinin 13.48-də müayinədən keçdiyi görünür. İnzibati xəta haqqında protokolda isə şikayətçinin saat 14.10-da yəni, müayinədən keçdikdən 22 dəqiqə sonra saxlanıldığı göstərilir. Təbiidir ki, X1 xəstəxanadan evə gedib çatması üçün vaxt tələb olunurdu. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar