Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4104/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, zərərçəkmiş şəxs X5 iştirakları ilə, Şəxs, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 23 avqust 2024-cü il tarixdə, saat 13:10 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “KİA FORTE” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə X1 idarə etdiyi “HYUNDAİ SONATA” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 və “KİA FORTE” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X6 maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs X2 vurulmuş maddi ziyanın qarşıladığını, digər zərərçəkmiş şəxs X6 isə 1000 manat məbləğində ödəniş etmiş olduğunu bildirərək, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 1500 manat məbləğində pulun Şəxs tərəfindən ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, o, “Cardio RENT” Məhdud Məsuliyyəti tərəfindən X3 21 avqust 2024-cü il tarixindən 28 avqust 2024-cü il tarixədək idarə edilməsi üçün etibarnamə verilmişdir. X8 da avtomobili idarə etmək üçün sürücülük hüququ və etibarnamə olmayan Şəxs avtomobili idarə etməsi üçün vermiş və bildiyi üzrə yol-nəqliyyat hadisəsi baş vermiş və tabeliklərində və mülkiyyətlərində olan “KİA FORTE” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi ziyan dəymişdir. Həmin ziyandan onlara Şəxs tərəfindən 1000 manat pul ödənilmişdir. Ümumilikdə 3500 manat ziyan dəymişdir. Ona görə də hər iki şəxsdən həmin ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 izahatında “Cardio RENT” Məhdud Məsuliyyətindən “KİA FORTE” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil götürdüyünü, Şəxs ilə Suraxanı rayonunda yerləşən “Al marketə” getdiklərini, Şəxs ona dərman almaq üçün təcili olaraq getməli olduğunu və avtomobili götdürdüyünü bildirdiyini, o da cavabında onu gözləməli olduğunu və birlikdə gedə biləcəklərini bildirdiyini, lakin Rəsulun ona təcili olaraq getməli olduğunu, o da xəstəliklə bağlı olduğu üçün heçnə demədiyini, lakin 10-15 dəqiqə sonra zəng gəldiyini və Rəsulun yol-nəqliyyat hadisəsi törətdiyini bildirdiyini, Rəsulun da etibarnamə və sürücülük hüququ olmadığından dərhal oraya gedərək yol nəqliyyat hadisəsini o, törətmiş olduğunu bildirdiyini, lakin sonra Rəsul tərəfindən ziyanın ödənilməməsini gördüyünə görə yenidən ərizə verərək, ifadəsini dəyişdiyini və Rəsul tərəfindən həmin yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilə də məhz Rəsulun ziyan verməsinə görə Rəsul tərəfindən həmin ziaynın ödənilməsini bildirdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri, şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi “KİA FORTE” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə X1 idarə etdiyi “HYUNDAİ SONATA” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfindən vuraraq toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X4 şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və zərərçəkmiş şəxs X2 vurulmuş ziyanın hamısının ödənilməsini və digər zərərçəkmiş şəxsə isə zərərinin bir qismini ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını Şəxs şəxsiyyətini, yaşını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4104/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4104/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver