Məhkəmə qərarları › İş №3(010)-412/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-412/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-412/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-cu Polis bölməsinin polis leytenantı X1, Şəxs - xx.xx.1990-cı Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin polis leytenantı X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Suraxanı rayonu, A.Rzayev küçəsində “Honda” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü YPX xidmətinə müqavimət göstərmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində, Suraxanı rayonu, A.Rzayev küçəsində idarə etdiyi **-TY-*** dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtomobilində hərəkətdə olduğu zaman, onu YPX xidmətinin inspektoru saxlayaraq qayda pozduğunu bildirdi, o, ondan soruşdu ki, hansı qaydanı pozmuşdur. Ona video-görüntü olaraq göstərərək bildirdi ki, YHQ-nin qaydasını pozmuşdur. O da polis əməkdaşına bildirdi ki, yol hərəkət qaydalarını pozana öz payına söyüş söymüş və polis əməkdaşı maşından düşərək “kimə deyirsən?” kimi üzərinə gəlmiş, o da ona bildirdi ki, öz payına, özünə deyir, polis əməkdaşı onun sinəsinə yumruq ataraq və zor-güc tətbiqi ilə maşına salmaq istəmişdir. O da ona bildirdi ki, PPX xidməti gəlməmiş heç bir yerə getməyəcəkdir. Bundan sonra onu vurub yerə yıxmış, bu hadisələrin hamısı təhlükəsizlik kamerasının altında olmuşdur. Özü 102 Daxili İşlər Nazirliyi zəng mərkəzinə zəng edliyib ki, post patrul maşını gəlsin. PPX əməkdaşı yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş o da könüllü olaraq maşına minərək şöbəyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Atamoğlan Rzayev küçəsində xidməti vəzifəni yerinə yetirən zaman yol hərəkəti qaydalarını pozduğu üçün “Honda” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən saxlanıldı. Sürücüyə qayda pozuntusu izah olunmuş, ona inzibati cərimə protokolu yazarkən sürücü nalayiq sözlər işlətməklə polis əməkdaşlarını yəni, onları təhqir etməyə başlamışdır. Bundan sonra onu bölməyə dəvət etdikdə, o, onlara qarşı müqavimət göstərməklə, onların qanuni tələblərini yerinə yetirmədiyi üçün əlavə kömək çağıraraq onu gələn PPX-nın köməyi ilə 31-ci Polis Bölməsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Suraxanı rayonu, A.Rzayev küçəsində “Honda” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü YPX xidmətinə müqavimət göstərmişdir. Bununla bağlı olaraq, barəsində İXMin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin YPX üzrə baş serjantı X4 tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisinə ünvanlanan xx.xx.2024cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Atamoğlan Rzayev küçəsində xidməti vəzifəni yerinə yetirən zaman yol hərəkəti qaydalarını pozduğu üçün “Honda” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən saxlanıldı. Sürücüyə qayda pozuntusu izah olunmuş, ona inzibati cərimə protokolu yazarkən sürücü nalayiq sözlər işlətməklə polis əməkdaşlarını yəni, onları təhqir etməyə başlamışdır. Bundan sonra onu bölməyə dəvət etdikdə, o, onlara qarşı müqavimət göstərməklə, onların qanuni tələblərini yerinə yetirmədiyi üçün əlavə kömək çağıraraq onu gələn PPX-nın köməyi ilə 31-ci Polis Bölməsinə gətirmişlər. Odur ki, qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, istər məhkəmə araşdırılması zamanı, istərsə də, protokollara əlavə olunmuş materiallardan həmin inzibati xətanın törədilməsinə dair hər hansı sübut təqdim olunmamış, o cümlədən videogörüntü, fotoşəkillər, o cümlədən Şəxs polisin hər-hansı göstərişinə tabesizliyə, bundan əlavə protokolda polis əməkdaşına tabesizliyin nədən ifadə olmasını, ümumiyyətlə göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar