Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4152/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 avqust 2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 09 avqust 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə əmək müqaviləsi hüquqi qüvvəyə minənədək cəlb edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək müqaviləsi sərbəst şəkildə bağlanır. İstənilən şəxs müqavilə bağlaya bilər. Hüququ şəxs məsuliyyətə cəlb edilərkən şikayətin olub-olmadığı araşdırılmalıdır. Müfəttişliyin şahidi dindirilərkən şəxsin şikayəti olmadığı müəyyən olundu. O, sadəcə ərizədə işə geri qaytarılması barədə qeyd etmişdir. Bu barədə qətiyyən araşdırma aparılmamışdır. Onlar həmin işçini çağıraraq ştatda olan işləri təklif etmişlər, lakin o, cavabında “mən xidməti müqavilə üzrə işləmək istəyirəm”, onlar da cavabında rəhbərliyə ərizə ilə müraciət etməli olduğunu bildirmiş, rəhbərliyin razılığı ilə ola biləcəyini9 bildirmişlər. O da ərizə yazdıqdan sonra xidməti müqavilə bağlanmış, maaş əmək haqqı kimi deyil, xidmət haqqı kimi tutulurdu. Bütün vergilər tutulurdu, məhz gəlir vergisi, DSMF tutulmuşdur. Həmçinin sığortası da var idi. Əmək müqaviləsi sərbəst bağlanır. Onlar yalnız təklif etmək iqtidarındadırlar, məcbur edə bilməzlər. Xidməti müqaviləsi üzrə işə götürən bütün vergiləri özü ödəyir. Odur ki, dediklərinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, xx.xx.2022ci il tarixində xidməti müqavilə üzrə işləmək üçün müraciət etdiyini, həmin şirkətdən çıxıb, başqa yerdə işlədiyini, sonra geri qayıtmaq istəyərkən ərizə yazaraq geri qayıtmaq istədiyini, həmin vaxt xəbər tutuldu ki, o, əvvəl orada xidməti müqavilə üzrə işləmişdir. "xxxx" MMC-dən heç bir zaman şikayət etməmiş, hazırda da şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 iyul 2023-cü il tarixli X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə vermiş olduğu izahatından görünür ki, "xxxx" nəqliyyatda nəzarətçi işləmişəm, işimə qaytarılmağımda mənə köməlik göstərilməsini xahiş edirəm. 06 iyul 2023-cü il tarixli "xxxx" MMC-nin insan resusrsları sektorunun müdiri Elşən Səfərov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə vermiş olduğu məktubdan görünür ki, X7 Şəxs MMC-də əmək münasibətində deyildir. Xidməti müqavilə əsasında xətt dispetçeri xidmətini yerinə yetirmişdir. 06 aprel 2022-ci il tarixli Xidmət Müqaviləsinə əsasən X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də xətt dispetçeri xidmətinin göstərilməsi ilə bağlı çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, 06 aprel 2023-cü il tarixli xidməti müqaviləsi ilə bir daha təsdiq olunur ki, X7 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli (VÖEN: **********) Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4152/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4152/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver