Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4159/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 25 aprel 2024-cü il tarixdə, özünə məxsus olan “BMW X-5 MİNİK” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Bülbül prospekti ərazisində dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Bildirmişdir ki, İİ qrup əlildir, əlil olması ilə bağlı “BMW X-5 MİNİK” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa şüşəsində əlillik nişanı mövcuddur. Həmin fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Qeyd etmişdir ki, bir neçə dəfə onun müraciəti əsasında barəsində qəbul edilmiş tənbeh vermə haqqında qərarlar onun İİ qrup əlil olması səbəbi ilə ləğv edilmişdir. Bildirmişdir ki, onun barəsində qəbul olunmuş qərar qanunsuzdur. Buna görə də Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25 aprel 2024cü il tarixli, EQ seriyalı 20765230 nömrəli elektron qərarının qanunsuz olduğundan ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından həmin iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Şəxs İİ qrup əlildir. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin V bəndinə görə qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 aprel 2024-cü il tarixli, EQ seriyalı 20765230 nömrəli elektron qərarın surətindən görünür ki, Şəxs, 25 aprel 2024-cü il tarixdə, özünə məxsus olan “BMW X-5 MİNİK” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Bülbül prospekti ərazisində dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Materialdan görünür ki, Şəxs 25 aprel 2024-cü il tarixli, EQ seriyalı 20765230 nömrəli elektron qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bu səbəbdən də Şəxs barəsində Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “AsanPay” internet portalından çıxarışdan görünür ki, Şəxs 25 aprel 2024-cü il tarixli, EQ seriyalı 20765230 nömrəli qərarla 20 manat cərimə olunmuş, lakin həmin cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. 085508 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Belə ki, Yol Hərəkəti haqqında qanunun 64-cü maddəsinin V bəndinə görə qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə. 3.2 nişanı hərəkət qadağandır, 3.28 durmaq qadağandır, 3.29 ayın tək günlərində durmaq qadağandır, 3.30 ayın cüt günlərində durmaq qadağandır. Göründüyü kimi 3.27 dayanmaq qadağandır nişanına tətbiq edilmir. Hazırki iş üzrə isə Şəxs barəsində durmaq qadağandır yol nişanının tələbi pozulduğundan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs məxsus ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin alın və arxa şüşəsində əlil tanınma nişanı yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.8, 333, 333-1, 342.8, 343 və 343-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4159/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4159/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver