Məhkəmə qərarları › İş №3(010)-4160/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4160/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4160/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi X1, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati ərazisində baş vermiş cinayət hadisələrinin açılması istiqamətində əməliyyat axtarış tədbiri keçirilən zaman Suraxanı rayonu,Hövsan qəsəbəsi,Bağlar yaşayış sahəsində xx.xx.2023cü il tarixdə saat 17-00 radələrində Tural adlı şəxsi saxlayaraq onunla profilaktiki söhbətlər apararkən o özünü təqdim etməkdən boyun qaçırmış və özünü şüphəli apardığına görə Tural adlı şəxsə polis əməkdaşları ilə birlikdə PŞ-nə getməsi izah edilmiş, Tural adlı şəxs isə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarından qaçmağa çalışmış və nəticədə Tural adlı şəxsin ətrafında müvafiq tədbirlər görülməsi üçün PŞ-nə gətirilmişdir. Polis Şöbəsində qeyd olunan şəxs 1989-cu il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-in polis sahə rəisi X2 tərəfindən 23 avqust 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati ərazisində baş vermiş cinayət hadisələrinin açılması istiqamətində əməliyyat axtarış tədbiri keçirilən zaman Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəində xx.xx.2023-cü il tarixdə saat 17-00 radələrində Tural adlı şəxsi saxlayaraq onunla profilaktiki söhbətlər apararkən o, özünü təqdim etməkdən boyun qaçırmış və özünü şübhəli apardığına görə Tural adlı şəxsə onlarla birlikdə PŞ-nə getməsi izah edilmiş, Tural adlı şəxs isə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlardan qaçmağa çalışmış və nəticədə Tural adlı şəxsin ətrafında müvafiq tədbirlər görülmsi üçün PŞ-nə gətirilmişdir. PŞ-də qeyd olunan şəxs 1989-cu il təvəlüdlü Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində müvafiq qaydada tədbir görülməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 22 avqust 2023-cü il tarixində saat 16:00-17:00 radələrində atasına məxsus **-LX-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı nəqliyyat vasistəsi ilə yaşadığı ünvana yaxınlaşan zaman Hövsan qəsəbəsində yerləşən “MSO” yanacaq doldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsin onun nəqliyyat vasitəsinə işarə verərək, saxlamağını bildirmiş, o da nəqliyyat vasitəsini saxlamış, mülki geyimli şəxs ona yaxınlaşaraq “adam vurub hara qaçırsan” ifadəsini işlətmiş, özünü təqdim etməmiş, ondan sonra gələn mülki geyimli şəxsin üzərində polis jileti olduğundan polis əməkdaşları olduğunu başa düşmüş, bundan sonra da yenə də özlərini təqdim etmədiklərini, polis əməkdaşlarından birinin onun yanında oturaraq avtomobili polis bölməsinə sürməsini bildirmiş, bundan sonra o, avtomobili polis böllməsinə sürərək getmişdir. Hadisə ilə bağlı da o, heç bir inzibati xəta törətməmiş, belə ki, mülki geyimli şəxslərdən özlərini təqdim etmələrini bildirmiş, sonra polis əməkdaşları olduğunu bildikdən sonra onlara tabe olaraq avtomobili könüllü polis bölməsinə sürmüş və heç bir yayınma və tabesizlik göstərməmişdir. Odur ki, etmədiyi pozuntu üçün də heç bir peşmançılığının olmadığı bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-in CA üzrə əməliyyat müvəkkili polis kapitanı R.Osmanlı tərəfindən tərtib edilən raportdan görünür ki, Suraxanı RPİ-nin 30cu PŞ-nin inzibati ərazisində baş vermiş cinayət hadisələrinin açılması istiqamətində əməliyyat axtarış tədbiri keçirilən zaman Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə saat 17-00 radələrində Tural adlı şəxsi saxlayaraq onunla profilaktiki söhbətlər apararkən o, özünü təqdim etməkdən boyun qaçırmış və özünü şüphəli apardığına görə Tural adlı şəxsə onlarla birlikdə PŞ-nə getməsi izah edilmiş, Tural adlı şəxs isə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlardan qaçmağa çalışmış və nəticədə Tural adlı şəxsin ətrafında müvafiq tədbirlər görülməsi üçün PŞ-nə gətirilmişdir. PŞ-də qeyd olunan şəxs 1989-cu il təvəlüdlü Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, vətəndaş Şəxs barəsində müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 008939 saylı 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 17:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında 23 avqust 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Polis haqqında” qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Eyni qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-in CA üzrə əməliyyat müvəkkili polis kapitanı R.Osmanlının tərtib etdiyi raportla, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə etmiş, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının sakitləşməyə və polis bölməsinin iş fəaliyyətini pozmamağa dəvət etməkdən ibarət qanuni tələblərinə tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan 22 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün saat 17:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar