Məhkəmə qərarları › İş №3(010)-417/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-417/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-417/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun, tələbkar Nadirov Zöhrab Vahid oğlunın iştirakı ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun xx xxxx 2021-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2019-cu ildə verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(103)-13171/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 20.000 manat və 30 manat tutularaq Nadirov Zöhrab Vahid oğluna verilməlidir. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş xx xxxxxxx 2019-cu il tarixli 2(010)-4264/2019 nömrəli icra vərəqəsinə əsasən, borclu Şəxs 38.400 manat, 2.000 ABŞ dolları (ödənilən vaxt ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla AZNlə) və 30 manat tutularaq Nadirov Zöhrab Vahid oğluna verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2019-cu ildə verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(103)-13171/2018 nömrəli icra vərəqəsi Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra qanunla müəyyən edilmiş qaydada icraata başlanmış və borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş xx xxxxxxx 2019-cu il tarixli 2(010)-4264/2019 nömrəli icra vərəqəsi xx xxxxxx 2020-ci ildə şöbənin icraatına daxil olmuş, icraata başlanaraq tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş verilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərarla yuxarıda göstərilən icra sənədləri bir icraatda birləşdirilib. İcra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, Şəxs könüllü icra üçün verilmiş müddətdə borcunu ödəmədiyindən onun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğularla müraciət edilmiş, nəticədə onun mülkiyyətində iki nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Təqdimat əsasında Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin avtomobillərin üzərinə həbs qoyulmuş, xx xxxxxx 2020-ci ildə onların axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Baş Dövlət X1 göndərilmişdir. Göstərilən avtomobillər bu günədək tapılmayıb. Borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Bununla yanaşı, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin təqdimat təmin edilmişdir. İcra sənədləri ilə əlaqədar görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, Şəxs icra sənədləri üzrə ödənişləri tam etməyib. Belə ki, onun İcra şöbəsinə təqdim etdiyi sənədlərdən tələbkarın xeyrinə ötən dövrdə hissə-hissə ümumilikdə 3.000 manat miqdarında ödəniş etdiyi görünür. Onun özü tələbkarın xeyrinə ümumilikdə 3.000 manat deyil, 4.000 manat ödədiyini bildirdiyinə baxmayaraq, bununla bağlı sübut təqdim etməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini tam ödəmədiyini işləməməsi və maddi imkansızlığı ilə izah etmişdir. Tələbkar Nadirov Zöhrab Vahid oğlu işin məhkəmə baxışı zamanı bildirmişdir ki, əslində borclunun məhkəmə qərarları ilə müəyyən edilmiş məbləğləri ödəməsi üçün kifayət qədər imkanı var. Onun ödəniş etməməsi isə məhkəmə aktlarının icrasından yayınmaq məqsədi güdür. Tələbkar göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarlarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixindən saat 19:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar