Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4178/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X6 tərtib etdiyi 29 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(010)-643/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X2 xeyrinə 10 yanvar 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 137 manat aliment və 04 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 137 manat aliment tutulmalıdır. Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X10 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından 26 iyul 2017-ci ildə barəsində axtarış elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. X5 alimenti tam və vaxtında ödəməmişdir, cəmi 1400 manat məbləğində pul ödəmişdir və hazırda aliment borcu bu gün üçün 20.884 manat təşkil etmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Əlavə olaraq bildirmişdir ki, hal-hazırda borcu bağlamağa imkanı yoxdur. İşin məhkəmə baxışı zamanı tələbkar X8 izahatında bildirmişdir ki, maddi vəziyyəti pis olduğundan iki uşağı saxlamaqda əziyyət çəkir. Bu səbəbdən tələb edir ki, borclu övladlarının saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment borcunu ödəsin. Göstərilənlərə əsasən borcluya qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə bu qənaətə gələrkən borcun miqdarını da nəzərə alır (aylıq ödənişin 274 manat, borc məbləğinin isə 20.884 manat olmasını nəzərə aldıqda da görünür ki, aliment ödənişləri vaxtlı-vaxtında və tam edilməyib). Bununla yanaşı, işin faktiki halları ilə müəyyən olunur ki, borclunun barəsində eyni icra sənədi ilə əlaqədar daha əvvəl də inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ötən bir il ərzində borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 29 avqust 2023-cü il saat 18:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4178/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4178/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver