Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-418/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin müdafiəçisi Vəkil iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin 12 noyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin 12 noyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 20.000 manatın 50 faiz həddində, yəni 10.000 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə X2 şikayəti geri qaytarılmışdır. X2 müdafiəçisi Vəkil həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1010/2020 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət aşağıdakı məzmundadır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən X4 barəsində heç bir əsas olmadan qərarlar çıxarılmışdır. Həmin qərarlar haqda X3 məlumat yalnız icra qurumu vasitəsilə verilmişdir. Qərarların nədən ibarət olması və niyə verilməsinin aydınlaşdırmaq məqsədilə X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə rəsmi olaraq müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə həmin qərarlar rəsmi olaraq E.Mirzəyevaya təqdim edildi. İnzibati orqan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən Azərbaycan Respublikası İXM-nin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, 00100/2202 saylı xx.xx.2021-ci il tarixli, Gürcüstanda fəaliyyət göstərən LTD “Western” şirkəti ilə xx.xx.2020ci il tarixli 07 nömrəli müqavilə üzrə X4 tərəfindən ixrac etdiyi malların qarşılığında ödənişin vaxtında alınmamasını əsas götürmüşdür. Həqiqətən də X4 ilə qeyd edilən şirkət arasında müqavilə bağlanmış və tərəfindən müqavilə üzrə şərtləndirililmiş mallar ixrac edilmişdir. Lakin kontragent maliyyə çətinliyi yaşaması səbəbindən X4 məcburən pul qarşılığında onlardan müvafiq malları qəbul etmişdir. Bundan əlavə, inzibati xəta protokolu tərtib edilərkən X4 araşdırmaya dəvət olunmamış və bu səbəbdən də müvafiq sənədləri inzibati orqana təqdim etmək imkanı olmamışdır. İnzibati orqan X4 barəsində eyni gündə analoji digər qərarlar da qəbul etmiş və ümumi cərimə miqdarı 39.000 manatdan çox təşkil etmişdir. Bu səbəbdən Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin 12 noyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli qərarını qanunsuz sayır və həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi nümayəndəsini göndərməmiş, X4 gəlməmişdir. Məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət rədd olunmalıdır. Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin 12 noyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vəzifəli şəxs hesab olunan X1 fəaliyyəti ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən LTD «Western» şirkəti ilə xx.xx.2020-ci il tarixli 07 nömrəli müqavilə bağlayıb 8.272 kq mis məftillər yükünü sonradan ödənilməsi şərtilə 49.140,66 ABŞ dolları qiymətinə sataraq 25 may 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1136 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 37-ci qrafasında malların «konsiqnasiya sazişi üçün keçirilən mallar» keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Gürcüstana ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi» Qaydalarının 12.1-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda **********1136 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 83.539,12 manat təşkil edən 49.140,66 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsi təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Məhkəmə bir daha qeyd edir ki, şikayətçi məhkəmənin çağırışlarına baxmayaraq gəlməmiş, istər özü, istərsə də müdafiəçisi məhkəməyə şikayətdə göstərilən dəllillərlə əlaqədar heç bir sübut təqdim etməmişlər. Belə olan halda şikayətçinin dəlillərinin əsaslı olması halı da müəyyən edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin 12 noyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X4 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-418/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-418/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver