Məhkəmə qərarları › İş №3(010)-4187/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4187/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4187/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, şikayətçi X3 iştirakı ilə X3 Nərimanov rayon DYPŞ-nin polis Baş Leytenantı Sənan Tutayukun tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov rayon DYPŞ-nin polis Baş X1 İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilməsi ilə bağlı 15 avqust 2023-cü il tarixli qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 ərizəsini onunla əsaslandırdı ki, 04 avqust 2023-cü ildə 13:25 radələrində o, idarə etdivi Mercedes Benz L270 CDİ markalı 99-BG2-72 dövlət nömrə nişanlı avtomaşınını ünvan 1 ünvanı tərəfdə idarə edərkən Nərimanov rayon DYPŞ-nin Yol patrul Xidmətinin inspektoru, polis serjantı Toğrul Həsənəliyev onun avtomaşını saxlamış, avtomaşının qabaq bamperinin olmamasını ona irad olaraq bildirmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra, onu avtomaşının idarəetməsindən kənarlaşdıraraq avtomaşını mühafizə olunan duracağa yerləşdirmişdir. Qeyd edir ki, avtomaşının bundan az öncə qəza məruz qaldığı üçün bamperi zədələnmiş və o, avtomaşını ustaya bərpa edilən bamperin yerinə taxılması üçün gedirdi. 15 avqust 2023cü ildə isə Nərimanov rayon DYPŞ-nin polis Baş Leytenantı Sənan Tutayuk tərəfindən isə İXM-nin 342.5-ci maddəsi ilə konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyvat vasitəsinin istismarına görə 50 manat cərimə edilmişdir. İXM-nin 342.5-ci maddəsində xarici işıq cihazları və va qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və va mühərriki, vaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyvat vasitəsinin istismarına görə məsulivvət nəzərdə tutulub. Hesab edir ki, bu norma avtomobilin bampersiz idarə edilməsini nəzərdə tutmur. Bundan başqa, o, qəza arayışını göstərmiş, polis əməkdaşları həmin arayışın onlara aidiyyatı olmayacağını bildirmişdir. Bundan sonra o, DİN-nin 102 çağrı mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Odur ki, Nərimanov rayon DYPŞ-nin polis Baş X1 İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilməsi ilə bağlı 15 avqust 2023-cü il tarixli qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Nərimanov Rayon Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Nərimanov Rayon Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov rayon DYPŞ polis baş leytenantı X4 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə AYP seriyalı, 041532 saylı arayışa əsasən, X3 istifadəsində olan “Mercedes Benz E270” minik markalı, **-BG-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil **-HE-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobil ilə toqquşmuş, ön sol hissəsi zədələnmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİyə şikayətə mahiyyəti üzrə baxılması üçün qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsində xarici işıq cihazları və digər nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli manat) manat cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X5 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamış, bundan əlavə YNHnın inspektoru polis kapitanı Elvin Əsgərov tərəfindən verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə AYP seriyalı, 041532 saylı arayışın verilməsi Nərimanov rayon DYPŞ tərəfindən nəzərə alınmamışdır. Məhkəmə şikayətə əlavə olunmuş sənədləri nəzərdən keçirərək və diskə baxış keçirərək belə hesab edir ki, şikayət təmin edilməli, X5 barəsində Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Nərimanov rayon DYPŞ-nin polis Baş Leytenantı Sənan Tutayukun tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar