Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4191/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Suraxanı-Zığ yolu ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 13 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 13 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, mülkiyyətində olan “MAN TGA 19.390 4X2BLS WW yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 iyul 2022-ci il tarixdə, saat 04:34-də Xocəsən-Lökbatan yolunun 2.3 kilometrliyində Lökbatan istiqamətində idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 05 gün ərzində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxsnə və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Şəxsnə göndərilmiş sorğudan görünür ki, Şəxsndən, mülkiyyətində olan “MAN TGA 19.390 4X2BLS WW yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 iyul 2022-ci il tarixdə, saat 04:34-də Xocəsən-Lökbatan yolunun 2.3 kilometrliyində Lökbatan istiqamətində idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunmuş, eyni zamanda Şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları təqdim etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Şəxs poçt vasitəsilə məhkəməyə göndərdiyi və iş materiallarına əlavə edilmiş məktubdan görünür ki, Şəxs mülkiyyətində olan “MAN TGA 19.390 4X2BLS WW yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 iyul 2022-ci il tarixdə, saat 04:34də şirkətin sürücüsü X1 idarə etməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X3 məlumat vermişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs mülkiyyətində olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxsnə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan, inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-4191/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4191/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver