Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4200/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli TP ******* saylı X6 haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli TP ******* saylı X6 haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.Əliyev pr-ti ilə Qala qəsəbəsindən Koroğlu metrosu istiqamətinə hərəkətdə olarakən, onun idarə etdiyi **-JZ-*** dövlət qeydiyyat nişanlı “BMC Procity 12M CNG” markalı sərnişin avtobusu YPX inspektoru X5 tərəfindən saxlanılaraq, Aeroport yolu kimi tanınan, yəni H.Əliyev prospektinə avtobusun girişinin qadağan olunduğunu, nişanın tələbini bildirirək barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edərək, xx.xx.2023-cü il tarixində TP ******* saylı X6 haqqında qərar çıxardı. Barəsində tərtib edilmiş protokol və qərar inspektor tərəfindən ona təqdim edilmədi. İnspektora dəfələrlə izah etsə də ki, o, heç bir qayda pozmamış, inspektor onu dinləmədən barəsində protokol tərtib etdi. İnspektorun sözlərinə görə, H.Əliyev prospektinin, Suraxanı Rayonuna giriş hissəsində, yəni Buta Palace adlanan yerdən avtobusların Ramanı qəsəbəsi istiqamətinə dönməsi üçün 4.1.2 nişanı var. Həmin nişana əsasən avtobusların hərəkəti Ramanı qəsəbəsi ərazisindən təşkil edilməlidir. Lakin, o, idarə etdiyi avtobusun “Qİ” xətt üzrə express avtobus olmasını və yalnız iki dayanacağın olmasını, prospekt üzrə heç bir dayanacaqda dayanmadığını deyib, prospektdə hərəkət edən digər mülki avtobuslardan fərqinin olmadığını bildirsə də, 4.1.2 nişanının sərnişin avtobusuna aid olmadığını qeyd etsə də inspektor onu dinləməmişdir. Qeyd edilən nişan müntəzəm dayanacaqlar üzrə hərəkət edən sərnişin avtobusları üçündür. Prospektdə əvvəllər sürəti 10 km/saat olduğundan, hərəkətin təhlükəsizliyini avtobusların prospekt boyunca dayanmamasını və orada dayanacaqların olmamasını, eyni zamanda sərnişinlərin prospektə daxil olmamasını nəzərə alaraq bütün sərnişin avtobuslarını qeyd edilən ərazidən Ramanı qəsəbəsi istiqamətinə yönəldirlər. Lakin, onun idarə etdiyi “Ql” xətti üzrə hərəkət edən avtobus expressdir və yalnız 2 dayanacağı vardır. Dayanacağın biri Qala qəsəbəsində, digəri isə Koroğlu nəqliyyat mübadilə mərkəzindədir. Onlar express olduqlarından 1 -ci dayancaqda sərnişinləri götürdükdən sonra, heç bir dayanacaqda dayanmadan 2-ci dayanacaq istiqamətində hərəkət edirlər. Bakı şəhərində fəaliyyət göstərən hər bir daşıyıcıya məxsus sərnişin avtobuslarının fəaliyyət göstərdiyi marşrut xəttləri Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir. Həmin marşrut xəttlərinin pasportları qeyd edilən agentlik tərəfindən təyin edilir. Həmin pasortlarda marşrut hərəkət cədvəli və marşrut sxemi öz əksini tapır. İstər daşıyıcı, istərsə də sürücü ona əvvəlcədən təyin edilmiş marşrut xəttindən kənara çıxa bilməz. Bu, həm Agentlik tərəfindən nəqliyyatın intelektual idarə edilməsi tərəfindən, həm də daşıyıcının online izləmə şöbəsi tərəfindən izlənilir. Sürücü avtobusa əyləşdiyi zaman, avtobuslarda quraşdırılmış sistemə öz kodunu və marşrutun nömrəsini daxil etdiyi zaman, monitorda onun üçün müəyyən edilmiş və icazə verilmiş marşrut xəttinin yolu əks olunur.Sürücü gpsdə əks olunan yolu sürmək məcburiyyətindədir. Çünki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3-cü maddəsinə əsasən : 3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.1. müntəzəm sərnişindaşıma işini təşkil edir, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür; 3.1.2. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir; 3.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə dair tələbləri müəyyən edir; 3.1.4. müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. “Ql” nömrəli şəhər ətrafı marşurut xəttinin pasportunda hərəkətimiz prospekt boyu əsas yolnan qeyd edilib. Belə ki, Bakı Nəqliyyat Agentliyinin S-00008 №-li, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “Ql” xəttinin marşurut BNA tərəfindən təsdiqlənib. Həmin marşurut pasportuna, yəni sxemə əsasən “Ql” nömrəli şəhərətrafı marşrut xəttinin dövrü uzunluğu 63.1 kmdir. A dayancağından В dayanacağının arasındakı məsafə 32.9 km, əks istiqamətdə isə В dayanacağından A dayancağına olan məsafə 30.2 km təşkil edir. Marşrutun hərəkəti Qala istiqamətindən başlayır və H.Əliyev prospektində əsas yolnan Koroğlu nəqliyyat mübadilə mərkəzinə qədər davam edir. Bundan əlavə olaraq qeyd edir ki, qeyd edilən yol ayrıcında məcburi hərəkət nişanı 4.1.2 (Sağa hərəkət) nişanı və heç bir yerdə olmayan və 7.4.4 nişanı var. Halbuki 4.1.2 nişanı ilə 7.4.4 nişanın bir yerdə tətbiq olunması qanunsuzdur. Yol hərəkəti haqqında qanunun 65-ci madəsinin, 3-cü bəndinə əsasən. 4.1.1,4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. “Ql” saylı marşrut xəttinin səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş marşrut sxemini və Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununa nəzərə alaraq bildirirəm ki, mənə tətbiq edilmiş TP ******* saylı X6 haqqında qərar tamamilə qanunsuzdur. Odur ki, Bakı şəhəri DYPİ YPX inspektoru Polis serjantı X5 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş TP ******* saylı X6 Haqqında Qərarı ləğv edib, inzibati icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Bakı şəhər X9 İdarəsinə və X6 haqqında qərardan şikayət etmiş şəxs X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X9 İdarəsinin nümayəndəsi və X6 haqqında qərardan şikayət etmiş şəxs X3 məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin və X6 haqqında qərardan şikayət etmiş şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 26 avqust 2023-cü il tarixli TP ******* saylı X6 haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 13:41 radələrində Bakı şəhəri, X4, 477 istiqamətində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Yol hərəkəti haqqında qanunun 65-ci madəsinin, 3-cü bəndinə əsasən. 4.1.1,4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Məhkəmə hesab edir ki, **-JZ-*** dövlət qeydiyyat nişanlı “BMC Procity 12M CNG” markalı sərnişin “Q1” avtobusunun marşrut sxemi olsa belə, həmin marşrut sxemi Bakı Nəqliyyat Agentliyi tərəfindən lazımi qaydada təsdiq olunmamış, bununla da yuxarıda qeyd olunan qanunun müddəalarının təsiri altına düşmür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 məcburi hərəkət istiqaməti yol nişanının tələblərinə riayət etməməsi və bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair X6 haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli TP ******* saylı X6 haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4200/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4200/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver