Məhkəmə qərarları › İş №3(010)-421/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-421/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-421/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli qərarına əsasən X3 25 dekabr 2007-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək görüşməsi müəyyən edilmişdir. Övladı 25 dekabr 2007-ci il təvəllüdlü X6 atası X7 görüşmək istəmədiyi üçün icra sənədinin icrasına bir neçə dəfə maneə yaratsa da, lakin sonradan icra sənədinin icrasına heç bir maneə yaratmamışdır. Hal-hazırda da tələbkarla aralarında bununla bağlı heç bir anlaşılmazlıq olmadığından sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)- 2033/2020 saylı icra sənədinə əsasən X3 25 dekabr 2007-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək görüşməsi müəyyən edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş və icraata başlanılaraq borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu icra sənədini icra etmədiyindən barəsində axtarış elan edilmişdir. Borclu sonuncu dəfə icra sənədinin icrasını 09 iyun 2021-ci il tarixdə təmin etmişdir. Borclu tapılaraq şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir.İşin məhkəmə icraatı dövründə tərəflər arasında razılıq əldə edilib. Uşaqla görüş təmin olunub. Tələbkarın artıq heç bir şikayəti yoxdur. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X7 göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli qərarına əsasən onun 25 dekabr 2007-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək görüşməsi müəyyən edilmişdir. Lakin Şəxs əvvəllər aralarında olan müəyyən anlaşılmazlıq səbəbindən ona, uşağı ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır. Buna görə də o, icra məmuruna müraciət edərək müvafiq tədbir görməsini xahiş etmişdir. Lakin sonradan Şəxs ona, övladı ilə ünsiyyətdə olmasına heç bir maneə yaratmamışdır. Hal-hazırda da övladı ilə ünsiyyətdə olmasına heç bir maneə yaradılmadığından onun Şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Sonda X1 Kəmalə İsa qızı barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli icra vərəqəsindən görünür ki, X3 25 dekabr 2007-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək görüşməsi müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 05 avqust 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli icra sənədi üzrə icraata 05 avqust 2020-ci il tarixdə başlanılmış, borclu Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli icra sənədinin icrasına maneələrin olmadığını qeyd etdikləri, əvvəllər aralarında olan anlaşılmazlığın artıq aradan qalxdığı, icra sənədi üzrə tələbkarın Şəxsdan heç bir şikayət və tələbinin olmadığı halda Şəxs əməlinin sözügedən icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(102)-2033/2020 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar