Məhkəmə qərarları › İş №3(010)-4215/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4215/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4215/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin aparıcı məsləhətçisi X3 iştirakı ilə, X8 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul olunmuş 10 may 2022ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin əməkdaşı tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərarla X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. X15 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 10 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. X15 şikayətini onunla əsaslandırmışdır ki, qərarla razı deyil, əsassız və qanunsuz hesab edir. Belə ki, X5 həmin gün bu sahədə işləmək istədiyi halda, işin öyrədilməsi üçün ona yaxınlaşmışdır. İş yerində satıcı özüdür. Elə həmin gün dükanında oğurluq olmuş və o, 30-cu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bu fakta görə aralarında insident yaranmışdır. X5 ondan acıq çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ondan şikayət edərək yalan məlumat vermişdir. Dükanı 18 kv.m-dir, bijuteriya dükanıdır, illik gəliri 4000 manat etmir, özü də azyaşlı uşaq böyüdür, bu faktları bildirməklə, başqa işçiyə ehtiyacı olmadığını bildirir. Yəni bu şəxsi satıcı və yaxud işçi kimi işlətməyə ehtiyacı olmadığını bildirir. Onun tərəfindən həmin şəxs heç bir xidmətə dəvət edilməyib, özü ona müraciət edərək, işi öyrənmək istəmişdir. Həmin gündə bütün işləri özü görmüşdür. Onun xidmətindən istifadə etməmişdir. Əksinə, o, onun arzusunu nəzərə alaraq, xidmətində durmuşdur. Məhkəmə iclasında X15 şikayətin məzmuna uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin aparıcı məsləhətçisi X10 məhkəmədə bildirdi ki, X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə X15 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul olunmuş 10 may 2022ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X8 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X15 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati qərar əsasında X8 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. İşdə olan mövcud sübutlardan göründüyü kimi X15 28 iyun 2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazada satıcı işləyən Lətifə adlı şəxsin mağazada işlədiyi müddətdə 932 manat pulun mənimsədiyini bildirmişdir. Material üzrə Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin təhqiqatçısı Fərid İbrahimov tərəfindən araşdırma aparılmış, F.İbrahimov tərəfindən 09 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar 28 mart 2022-ci il tarixdə Suraxanı rayon prokuroru tərəfindən ləğv edilərək, material üzrə əlavə araşdırmanın aparılması Suraxanı rayon prokurorunun köməkçisi X4 həvalə edilmişdir. Material üzrə X1 Rayon Polis İdarəsinin 30cu polis şöbəsində verdiyi izahatında qeyd etmişdir: “2020-ci ildə Lətifə İsrafilovanı özünə məxsus parfumeriya mağazasına satıcı kimi işə qəbul etmiş, aralarında əmək müqaviləsi bağlanmasa da, şifahi razılaşmaya əsasən ona aylıq 250 manat pul ödəmişdir. 2021-ci ilin may ayında mağazada malların azaldığından şübhələnmiş, Lətifə İsrafilova ilə mağazadakı mallara dair siyahı tərtib etmişlər. Həmin ilin iyun ayının 24-də yenidən birlikdə mağazada hesablama aparmışlar, nəticədə mağazada 932 manat əskiklik müəyyən edilmişdir”. Suraxanı rayon prokurorluğunda aparılan araşdırma zamanı X2 X11 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mağazada satıcı işlədiyi müddətdə 932 manat pulun mənimsəməsi faktı öz təsdiqini tapmadığından Suraxanı rayon prokurorunun köməkçisi X7 tərəfindən 06 aprel 2022-ci ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Suraxanı rayon prokuroru X6 15 aprel 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə 10 may 2022-ci ildə verdiyi əlyazma izahatında qeyd edilir: “X13 Xidmətinə bu işlə bağlı bildirirəm ki, işçiləri işlətmişəm. Sizdən xahiş edirəm ki, evimdə körpə olduğundan və ona tək baxmağımı nəzərə alasınız”. Beləliklə, X8 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərarla X15 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X8 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X15 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya“qərarı“ləğv edərək yeni“qərarın“çıxarılması haqqında, bu Məcəllənin“135.1.5-1-ci“maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X9 tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar