Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4216/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1nın iştirakı ilə xx xxxxxx 1955-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 05 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2-1(103)-523/2013 nömrəli 17 dekabr 2013-cü il tarixli icra vərəqəsi ilə «"xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 kv.m sahənin təhvil verilməmiş 5000 kv.m sahəsinin "xxxx" MMC-yə naturada təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə» olunmuşdur. Bununla yanaşı, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)- 543/2017 nömrəli 24 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən «tərəflər arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin şərq hissəsində yerləşən 168 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63.392 manat pul məbləği borclu "xxxx" MTKdan tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməli, borclu "xxxx" MTK-dan 860090 manat tutularaq tələbkar "xxxx" MMC-nə ödənilməlidir». Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1411/2019 nömrəli 29 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən tələbkar X10 ilə borclu "xxxx" MTK arasında bağlanmış 08 aprel 2011ci il tarixli 33 nömrəli müqaviləyə xitam verilməli və müqavilə əsasında tələbkardan alınmış 16650 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat borclu "xxxx" MTK-dan alınaraq tələbkar X6 qaytarılmalıdır. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-137/2020 nömrəli 05 iyun 2020-ci il tarixli icra vərəqəsinə borclu "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 13M saylı binanın, 177 saylı mənzilinin çatışmayan 80.7 kv.m sahəsinə görə 24855.60 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq X1nın xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra məmurunun məhkəməyə bildirdiklərindən görünür ki, icra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq icraatlarına başlanmış, icraata başlamaq haqqında qərarlar və tələblərin könüllü icrasına dair bildirişlər borclu "xxxx" MTK-ya rəsmi qaydada göndərilmişdir. Tələblər könüllü icra müddətində təmin olunmadığından borclu "xxxx" MTK barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələblərin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüş, lakin borclunun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. İcra tədbirləri zamanı "xxxx" MTK-nın sədrlik vəzifəsinin kooperativin təsisçisi və maliyyə üzrə sədr müavini Şəxs həvalə edildiyi müəyyən edilmişdir. Şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq o, qeyd olunan məhkəmə qərarları üzrə "xxxx" MTK tərəfindən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, ona Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət barədə edilən xəbərdarlıqlara baxmayaraq qərarların icrası üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Bundan başqa icra məmuru qeyd etmişdir ki, Şəxs barəsində dəfələrlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə material tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilərkən Şəxs qəsdən 2-3 günlük işdən azad olunur, sonradan məhkəmə tərəfindən materiala baxılıb qurtardıqdan sonra yenidən işə bərpa olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, onun barəsində Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən əsassız olaraq 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş tərtib edilmişdir. Belə ki, "xxxx" MTK-nın sədri deyil, həmçinin hal-hazırda maddi imkanı yoxdur pulu ödəməyə. İnzibati xəta haqqında protokol tərtib edilən vaxtdan bir həftə qabaq işdən azad edilmişdir. O, sənədlərə sadəcə qol çəkmiş, lakin pulları yığmamışdır. Belə ki, pulları mühasib yığmış, onda möhür olmamış, sadəcə formal sədr əvəzi olmuşdur Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, artıq neçə illərdir ki, məhkəmə qətnamələri icra edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Badu-Kübə MTK-da mühasib vəzifəsində işləyib. Şəxs "xxxx" MTK-nın təsisçisi kimi tanıyır və müavin vəzifəsində işləyib. Kommersiya Məhkəməsinin qərarı icra olunarkən, onları Suraxanı rayon İcra Şöbəsinə dəvət etmişlər. Bu zaman Badu-Kübə” MTK-nın ofisində olan bütün sənədləri məhkəmə qərarının icrası ilə əlaqədar olaraq götürmüşlər. Akt bir vərəqdən ibarət olmuşdur. Bütün sənədlər oğurlanmışdır. Oğurlanmış sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər oğurluq sayılır. 2020-ci ildə başlamışlar kommunal xərclərini yığmağa, əmək haqqı vermişlər, vergi ödəmişlər. Avqust ayında sənədlər oğurlandığından heç nə edə bilməmişlər. Müavin Şəxs qol çəkib sərəncam verib. Şəxs sərəncamından heç bir pul qalmamışdır. Mənzilin adan adda hesablaşması iki şəxs arasında olub. Ona heç bir aidiyyəti yoxdur, o, sadəcə sənədlərlə bağlı işlər görmüşdür. Sənədləşmə olanda sədr müavini qol çəkib möhür vurmuşdur. O, Şəxs qabaq özü MTK-nın müavini olmuşdur. Yığılan pulların hamısı təmirə gedib. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, proses iştirakçılarının izahatlarını və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın sədr vəzifəsi həvalə edilmiş, kooperativin təsisçisi və maliyyə üzrə sədr müavini Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin Şəxs vəzifəli şəxs kimi bütün səlahiyyətləri icra edərək maliyyə üzrə mədaxil qəbzlərdə sədr müavini olaraq imzalar çəkmiş, tərtib edilmiş sənədləri möhürlə təsdiq etmişdir. Həmin hallar məhkəmə iclasında tam sübuta yetirilmiş, eyni zamanda müdafiə tərəfin təqdim etdiyi şahid də həmin məqamları təsdiq etmişdir. Buna görə də məhkəmə Badu-Kübə” MTK-nın sədr vəzifəsi həvalə edilmiş, kooperativin təsisçisi və maliyyə üzrə sədr müavini Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4216/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4216/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver