Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4219/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29480893 saylı, xx.xx.2025ci il tarixli qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29480893 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29480893 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, o, 4-5 ildir ki, hal hazırda yaşadığı ünvan olan Mida 1, Bina 4 ünvanında yaşayır və həmin illər ərzində həmişə avtomobilini eyni yerdə saxlamışdır. Belə ki, orada əlillər üçün nəzərdə tutulmuş nişan olsa da, bu heç bir əhəmiyyət daşımamış və burada digər avtomobillər də hər zaman parklanmışdır. O axşam saatlarında gəldiyi zaman avtomobilin parklanması üçün yer olmadığından orada saxlamışdır. Belə ki, digər parklanma yerləri qanunsuz olaraq həmin ərazidə fəaliyyət göstərən axşam bazarları, bundan başqa, Bazar Store-un maşınları tərəfindən tutulmuşdur, axşam bazarları nəzarət edildiyi təqdirdə parklanma yerləri də boş olacaqdır. Bununla bağlı, o, komendanta və Hövsan qəsəbəsinin icra nümayəndəsinə bildirmiş, ona məsələnin araşdırılacağı deyilsə də araşdırılma aparılmamışdır. O, 902 və 102 qaynar xətlərinə zəng etmiş, dövlət yol polis idarəsi tərəfindən ona cərimənin silinə bilməyəcəyi, lakin məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Qeyd etdi ki, o avtomobili park edən zaman həmin nişanın üstündə başqa avtomobil də saxlamışdır, ona düşməyəcəyini və gedəcəyini demişdir. İki övladı olduğunu, birinin xəstəliyi olduğuna görə loqopedə apardığını və xərclərinin çox olduğunu, bundan sonra bu tip halların təkrarlanmayacağını bildirmiş və bunların nəzərə alınmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29480893 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X3 Bakı, Baxça (Hövsan) ünvanında xx.xx.2025-ci il tarixdə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitəsinin parklanmasına görə İXM-in 346-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29480893 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Məhkəm iclasında X3 bildirmişdir ki, avtomobili tam olaraq əlillər üçün nəzərdə tutulmuş yerə yerləşdirməmiş, həmin yerdə digər avtomobil dayanmış, hətta həmin avtomobilin sahibi maşını sırf “əlilllər üçün” işarənin üstündə saxlamış, o isə həyətdə başqa yerdə maşını saxlamaq imkan olmadığı səbəbindən qıraqda saxlamışdır. Lakin protokol tərtib olunarkən, həmin hallar nəzərə alınmamış, araşdırma tam, hərtərəfli aparılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, X3 barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 29480893 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29480893 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29480893 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4219/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4219/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver