Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-423/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, xx xxxx 1980-ci ildə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 10Y5NUG, Şabran rayonu, Nizami küçəsi, 112 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 7 nömrəli evdə yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Q.F.Şərifov Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxx 2021-ci il tarixdə X2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedez Benz C200” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu ərazisində hərəkətdə olduğu zaman anidən nasazlıq yarandığından avtomobilini yolun kənarın çəkib mühərriki söndürdükdən sonra qəza işıqlarını yandırmış, qısa zamanda avtomobilini yenidən işə salmışdır. Həmin vaxt, pandemiya ilə əlaqədar olaraq yaxınlıqda qurulmuş stasionar postda xidmət aparan yol patrul xidməti inspektoru X3 iti addımlarla ona yaxınlaşıb, yaşayış yerini tərk etmək üçün icazəsinin olub-olmadığını yoxlamaq adı ilə ondan sənədlərini təqdim etməsini tələb etmişdir. Yol patrul xidməti inspektoru X3, onun yaşayış yerini tərk etmək üçün icazəsinin olduğunu görsə də, barəsində inzibati tənbeh haqqında qərar qəbul ediləcəyini bildirmişdir. Səbəbini soruşduqda isə yol patrul xidməti inspektoru bildirmişdir ki, üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmişdir. Belə olan halda o, etirazını bildirərək yol patrul xidməti inspektorundan inzibati xəta törətdiyini təsdiq edəcək kamera görüntülərini təqdim etməsini tələb etmişdir. Lakin yol hərəkəti qaydasını pozmağına dair hər hansı bir sübut təqdim edilmədən barəsində inzibati qərar qəbul edilmişdir. Həmin qərardan səlahiyyətli vəzifəli şəxslərə şikayətlər etsə də bunun heç bir nəticəsi olmamış, elektron poçtuna göndərilmiş məktubda isə guyan onun razılığı ilə barəsində cərimə qərarının qəbul edildiyi qeyd edilmişdir. Son olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X1muş, lakin oradan ona hər hansı bir köməkliyin edilə bilməyəcəyi bildirilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Sonda Q.F.Şərifov Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, Q.F.Şərifov xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz C200” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Suraxanı rayonu, İ.Musayev küçəsində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla 60 manat cərimə olunmuşdur. Şikayətə məhkəmə iclasında baxıldığı zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3, Q.F.Şərifovun barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlamış və elə həmin gün də inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan Q.F.Şərifovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3, əsasən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan Q.F.Şərifovun barəsində tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələblərinə zidd olaraq Q.F.Şərifovun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Şikayətə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolun və eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən həmçinin görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 polis baş serjantı rütbəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru polis baş serjantı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokola baxmaq səlahiyyətinə malik olan yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-423/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-423/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver