Məhkəmə qərarları › İş №3(010)-424/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-424/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-424/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X4 iştirakı ilə, Şəxs, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, A/Y 19, Məhəllə 14/15, 7 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 21A nömrəli yaşayış binasının blokundan 120 manat dəyərində liftin əyləc dolağını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, Şəxs, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 20 nömrəli yaşayış binasının damından 98 manat dəyərində liftin əyləc dolağını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, Şəxs, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 20 nömrəli yaşayış binasının 3-cü və 4cü girişlərindəki liftlərin maşın bölməsindən hər birinin dəyəri 45 manat olan ümumilikdə 90 manat dəyərində liftin 02 ədəd əyləc dolağını gizli yolla talayaraq oğurluq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, müxtəlif vaxtlarda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşayış binalarından liftlərin əyləc dolağlarını oğurlayaraq metal hissələrini dəmir yığan şəxslərə satmışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X7 məhkəmədə göstərdi ki, xx xxxxxx 2021-ci il və xx xxxxxx 2021-ci il tarixlərdə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 21A nömrəli yaşayış binasının, E.Qasımov küçəsində yerləşən 20 nömrəli yaşayış binasının sakinləri şikayət ərizələri ilə, xx xxxxxx 2021-ci il tarixdə isə Bakı şəhəri Suraxanı rayonu 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi məktubla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək yaşayış binalarından liftin əyləc dolaqlarının oğurlandığı barədə məlumat vermişlər. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından xx xxxxxx 2021-ci il tarixli, xx xxxxxx 2021-ci il tarixli xx xxxxxx 2021-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün hər bir qərar ayrı-ayrılıqda müvafiq əməkdaşa həvalə edilmişdir. Baş vermiş xırda talama ilə əlaqədar olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməllərin Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialalrında olan HK1-11 nömrəli inzibati icraat materiallarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21A nömrəli evin 45 nömrəli mənzilində yaşayan X6 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək, xx xxxxxx 2021-ci il tarixdə, saat 09 radələrində yaşadığı binanın liftinin əyləc dolağının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. X1 müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində HK1-11 nömrəli inzibati icraat materialları toplanmışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X2 xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti müvafiq əməkdaşa həvalə edilmişdir. Bundan başqa, iş materialalrında olan HK1-163 nömrəli inzibati icraat materiallarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 nömrəli evin 71 nömrəli mənzilində yaşayan X8 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək, xx xxxxxx 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı binanın liftinin əyləc dolağının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. X5 müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində HK1-163 nömrəli inzibati icraat materialları toplanmışdır. Əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X3 xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materialalrında olan HK1-244 nömrəli inzibati icraat materiallarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi xx xxxxxx 2021-ci il tarixdə məktubla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək, 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 20 nömrəli yaşayış binasının 3-cü və 4-cü girişlərindəki liftlərin maşın bölməsinə baxış keçirilən zaman 02 ədəd lift əyləci dolağının yerində olmadığının aşkar edildiyi barədə məlumat vermişdir. Bakı şəhəri Suraxanı rayonu 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisinin müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində HK1-244 nömrəli inzibati icraat materialları toplanmışdır. Əməldə cinayət tərkibi olmadığından Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Vaqif Əliyevin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar müvafiq əməkdaşa həvalə edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Bəşir Nəcəfovun xx xxxx 2021-ci il tarixli raportundan görünür ki, inzibati ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən Şüşəli bazarın yaxınlığında “Vasif” adlı şəxs oğurluqda şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs dindirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində müxtəlif yaşayış binalarından liftlərin əyləc dolağını oğurlayaraq metal hisslərini dəmir yığan şəxslərə satdığını səmimi etiraf etmişdir. Buna görə də Şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 21:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – xx xxxx 2021-ci il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – xx xxxx 2021ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar