Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4245/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə materialları nəzərdən keçirib qərara alır ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli EQ seriyalı 20542153 nömrəli elektron qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Vaz 21063 minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda müəyyən edilmiş sürət həddini 14 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə olunmuşdur; Şəxs tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin Şəxs göndərdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavab məktublarının surətindən görünür ki, onun mülkiyyətində olan Vaz 2106 markalı, **-KJ-*** dövlət qeydiyyat nişanı xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində fəhlə işləyən işçi tərəfindən zibil qutusunun yanından tapılaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinə əsasən «Bu Məcəllənin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir». İş materiallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat qanunazidd aparılmış, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət olunmadan tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan müddəalarının mənasına görə həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl bu barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalıdır. Təqdim olunmuş sənədlərlə Şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı müəyyən edilmir. Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilmişdir. O cümlədən Azərbaycan Respublikası İXM-nin 100.3-cu maddəsinin tələblərinə riayət edildiyi təqdim olunmuş sənədlərlə müəyyən edilmir. Belə ki, inzibati xəta haqqında protokola Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyinə və tədbir görülməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyinə dair məktub iş materiallarına əlavə olunsa da, rəsmi qaydada çatdırıldığına dair heç bir sübut əlavə edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol mövcud deyildir və məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini də lazımi qaydada icra etməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №3(010)-4245/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4245/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver