Məhkəmə qərarları › İş №3(010)-4258/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4258/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4258/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1” MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" 237000.00 ABŞ dolları məbləğində vəsaiti 08 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 237000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 sentyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında, göndərilmiş pul vəsaitlərinin müəyyən edilmiş müddət ötmədən ölkəyə gətirilmiş və təhvil alınmasını göstərmişdir. Bunu müvafiq gömrük bəyannaməsi də təsdiq edir. Həmin məlumat "xxxx" QSC tərəfindən alınmış arayış pul vəsaitləri vasitəsilə köçürülmüş, "xxxx" MMC ilə müqavilə münasibətlərində olan logistik şirkətlərinin məktubları və arayışları və həmçinin, həmin müqavilə münasibətlərini təsdiq edən müqavilələri ilə sübuta yetirilir. Həmçinin qeyd edir ki, Ukraynada baş vermiş hərbi vəziyyət ilə əlaqədar “Koroler-Skiy produkt” şirkəti tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş malların göndərilməsi qeyri-mümkün olmuş, bununla əlaqədar ona göndərilən pul vəsaiti geri istənilmiş və qeyd olunan logistik şirkətlər vasitəsilə həmin pul vəsaiti ölkəyə daxil olmaqla, "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, protokol tərtib etmiş şəxsin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 08 sentyabr 2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, həmin tarixdə "xxxx" MMC-nin bank hesabından “Korolevskıy Produkt SP.Z.O.O” şirkətinin hesabına 237000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərllmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin qanunla müəyyən edilmiş müddətdə malların ölkəyə idxal edilməsi ilə bağlı gömrük bəyannaməsini təqdim etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş yük gömrük bəyannaməsindən görünür ki, 237000.00 ABŞ dolları məbləğində olan pul vəsaiti qanunla müəyyən edilmiş müddət ərzində daxil olmuş və "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Belə ki, məhkəmə iclasında təqdim edilmiş "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 027848 saylı arayışa əsasən, Agro X1 Cəmiyyətinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan AZ97ACAB******************** nömrəli bank hesabına "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "PAYMENT UNDER CONTRACT 03092020 TRANSİT TRADE" təyinatla 99,869.46 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "PAYMENY İNV ********* TRANSİT TRADE PAYMENT" təyinatla 100,705.70 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "/RFB/SWF OF 22/09/06PAYMENT OF EXPORTERS PROFORMA İNVOİCE NO .10309020 DD. 220905 FERTİLİZER MACHİNE /İNS/CHASUS33XXX" təyinatla 99,976.00 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "/RFB/SWF OF 22/09/07PAYMENT OF EXPORTERS İNVOİCE NO .10309020 DD. 220905 REMA YEM300 E ELECTRİC FEED GRİNDER" təyinatla 99,206.00 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "/RFB/SWF OF 22/09/12FEED CRUSHİNG MACHİNE İNV.NO/İNS/CHASUS33XXX" təyinatla 99,206.00 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "/RFB/SWF OF 22/09/15İNVOİCE NO .10309020 DD. 220912 FEED CURSHİNG MACHİNE" təyinatla 110,746.00 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "BUYİNG GOODS, İNV N0.10309020 DD xx.xx.2022" təyinatla 189,910.13 USD, "xxxx" Şirkəti tərəfindən xx.xx.2022 tarixində "/RFB/SWF OF 22/10/03 İNV.NO10309020 DD:xx.xx.2022/" təyinatla 135,356.00 USD məbləğində pul vəsaitləri köçürülmüşdür. Həmçinin məhkəmə iclasında təqdim edilmiş və materiallara əlavə edilmiş tapşırıq müqavilələrindən görünür ki, arayışda göstərilən ARAS OİL GROUP, TİCARET LİMİTED COMPANY, ALGO LOJİSTİK LİMİTED COMPANY, HİMAL MAKİNA, MERLOJİSTİK DİS TİCARET LİMİTED COMPANY kimi şirkətlər "xxxx" MMC ilə müqavilə münasibətlərində olmuş və həmin şirkətlər vasitəsilə qey olunan pul vəsaitləri ölkəyə daxil olmuş "xxxx" QSC-də olan "xxxx" MMC-nin hesabına qanunla müəyyən edilmiş müddət çərçivəsində daxil olmuş və hüquqi şəxs tərəfindən təhvil alınmamışdır. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs "xxxx" MMC-in barəsində tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilSİN. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar