Məhkəmə qərarları › İş №3(010)-426/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-426/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-426/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ATEF Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi X1 iştirakı ilə ilə Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 09 mart 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC 27.327,42 avro məbləğində vəsaiti 21 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27.327,42 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 yanvar 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “ATEF Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təmsil etdiyi MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi yoxdur. Belə ki, müvafiq valyuta vəsaiti hesabına alınmış mallar 26 fevral 2020-ci ildə, yəni ödənişin həyata keçirildiyi tarixdən qısa müddət sonra Azərbaycan Respublikasına idxal ediliblər. Bu hal iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsi ilə təsdiq olunur. Göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». İş materiallarına əlavə edilmiş 21 yanvar 2020-ci il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 27.327,42 avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 25 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC 27.327,42 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 720 gündən artıq müddət keçdiyinə baxmayaraq, banka təqdim etməmişdir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən yuxarıda qeyd olunan sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməmişdir. “ATEF Şirkətlər Qrupu” MMC-nin nümayəndəsinin dəlillərinə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına nümayəndənin istinad etdiyi gömrük bəyannaməsi əlavə olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası»na «Gömrük sərhədindən malların keçirilmə üsullarının təsnifatı» başlıqlı 2 saylı Əlavəsinin «Gömrük prosedurları» başlıqlı 1-ci bəndindən görünür ki, gömrük bəyannamələrində «1.Bəyannamənin tipi» qrafasında göstərilən «61» kodu malların «müvəqqəti saxlanca» verildiyini göstərir. Həmin Metodikaya əsasən gömrük bəyannamələrində «30.Malların yerləşdiyi yer» qrafasında müvəqqəti saxlanc anbarını təsis etmiş gömrük orqanının kodu göstərilir. Eyni Metodikaya «Gömrük orqanlarının Təsnifatı» başlıqlı 11 saylı Əlavəsindən görünür ki, «00116» kodu «İpək yolu» postunu bildirir. İş materiallarına əlavə olunmuş gömrük bəyannaməsinin məlumatlarını və yuxarıda qeyd olunan Metodikanı nəzərə aldıqda görünür ki, xaricdən Şəxs MMC-yə 27.327,42 avro dəyərində mal göndərilmiş, həmin mal gömrük bəyannaməsinin «1.Bəyannamənin tipi» və «30.Malların yerləşdiyi yer» qrafalarında müvafiq olaraq «61» və «00116» kodları ilə qeydə alınmaqla «İpək yolu» postuna müvəqqəti saxlanca verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən «Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır». Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir». Eyni Məcəllənin 164-cü maddəsinə əsasən «164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir». Qanunvericiliyin yuxarıda istinad edilən və s. aidiyyəti müddəalarından görünür ki, müvəqqəti saxlanca verilmiş mal idxalın tamamlanması üçün müvafiq gömrük prosedurundan keçməli və bununla bağlı rəsmiləşdirmə aparılmalıdır (məsələn, malın sonradan «Sərbəst dövriyyə üçün buraxılış», yəni «40» kodu ilə rəsmiləşdirilməsi mümkündür). İşin faktik hallarından isə görünür ki, Şəxs MMC-yə xaricdən göndərilmiş mal «İpək yolu» postuna müvəqqəti saxlanca verilmiş, onun idxal proseduru tamamlanmamışdır. Beləliklə, Şəxs MMC-yə avans yolu ilə ödənilmiş 27.327,42 avro məbləğində vəsait müqabilində xaricdən göndərilmiş mal idxal edilməmiş (idxal proseduru tamamlanmamış), ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 27.327 (iyirmi yeddi min üç yüz iyirmi yeddi) avro 42 (qırx iki) sent məbləğində pulun 25 (iyirmi beş) faizi, yəni 6.831 (altı min səkkiz yüz otuz bir) avro 85 (səksən beş) sent miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar