Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4262/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəli zadə Nicat Hikmət oğlunun və icra sənədi üzrə tələbkar X6 iştirakı ilə, X5, xx xxxxxx 1982-ci ildə Rusiya Federasiyası, Tümen Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 04 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəli zadə Nicat Hikmət oğlu tərəfindən X5 Bakı şəhər Suraxanı rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(010)-2712/2022 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 1260 manat məbləğində borcu üzürsüz səbəbdən icra etməməsinə görə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X9 bildirdi ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə ondan övladları 28 fevral 2013-cü il təvəllüdlü X3 və 04 oktyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, öhdəliyinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki o, tələbkara 400 manat ödəniş etmişdir. Ayın sonuna qədər də 200 manat ödəniş edəcək. X1 məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Vəli zadə Nicat Hikmət oğlu məhkəmədə bildirdi ki, keçən məhkəmə prosesində borcluya borcunu ödəməsi üçün vaxt verildi və borclu borcundan tələbkara 400 manat ödəniş etmişdir. Lakin, tələbkar borcun tam ödənilməsini tələb edir. İcra sənədi üzrə tələbkar X10 məhkəmədə bildirdi ki, borclu 400 manat məbləğində ödəniş etmişdir və bundan sonra da mütəmadi ödənişlər edəcəyini bildirmişdir. X2 borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(010)-2712/2022 saylı icra sənədindən görünür ki, X4 28 fevral 2013-cü il təvəllüdlü X3 və 04 oktyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu X5 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(010)-2712/2022 saylı qətnaməsinə dair icra sənədi üzrə tələbkar X8 ümumilikdə 400 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, X5 əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da X5 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(010)-2712/2022 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla X5 əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-4262/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4262/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver