Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4267/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu X3 Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin inspektor Polis Baş X1 xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin inspektor Polis Baş X1 xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarı ilə X4 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. «Şikayət ərizəsi»nin nəticəvi hissəsi aşağıdakı məzmundadır: «Xahiş edirəm: Protokolu təsdiq edən görüntü təqdim edilsin». Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. «Şikayət ərizəsi»ni və ona əlavə edilmiş iş materiallaını nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan görünür ki, X4 şikayət ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməyərək, “xahiş edirəm” hissəsində onun barəsində olan hansı qərarın ləğv edilməsini, şikayətinin əsasının nə olduğunu qeyd etməmişdir. Bununla da şikayət ərizəsində məhkəməyə irəli sürdüyü tələb natamamdır. Ona görə də müvafiq müraciətə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş qaydalara uyğun formada baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: X3 Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin inspektor Polis Baş X1 xx.xx.2023cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsi geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4267/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4267/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver