Məhkəmə qərarları › İş №3(010)-4274/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4274/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4274/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X5 iştirakı ilə, Şəxs, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, xxxxxxx, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Neft şirkətində dispetçer vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 15 avqust 2022-ci il tarixdə, saat 00:30 radələrində yaşadığı ünvan 2 ünvanında, aralarında yaranmış mübahisə zamanı, arvadı X3 vuraraq, sağ bazunun bayır səthinin və baldırın ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, anası xəstə olduğu üçün həyat yoldaşından anasına qulluq etməsini xahiş etmiş, lakin X7 etiraz etdiyi üçün anasını bacısının evinə aparmalı olmuşdur. O, evə qayıdan zaman həyat yoldaşı X7 və bacısının restorandan qayıtdığını görmüşdür. Evə keçdikdə bacısının Vüsaləyə mobil telefon aldığını görmüşdür. Bu zaman o, Vüsalədən mobil telefonu bacısına geri qaytarmasını xahiş etmişdir. Lakin, həyat yoldaşı Vüsalə onun bu istəyinə etiraz edərək, mobil telefonu qaytarmayacağını və həmin mobil telefonu istifadə edəcəyini bildirmişdir. Bu səbəbdən də, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, mobil telefonu Vüsalənin əlindən almaq istəyərkən telefon döşəmənin üzərinə düşərək sındı. O, evdən çıxıb getmək istəyərkən Vüsalə onun qolundan tutaraq ona xəsarət yetirmişdir. Bu zaman o, Vüsaləni itələdiyi üçün sonuncu çarpayının üzərinə yıxılmışdır. O, X4 vurmamışdır. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 bildirdi ki, 15 avqust 2022-ci il tarixdə həyat yoldaşı Azərdən icazə alaraq, ad gününü qeyd etmək üçün bacısı ilə restorana getmişdir. Bacısı ona mobil telefon almışdı. Restorandan evə qayıtdıqda həyat yoldaşı Azər mobil telefonu görmüş və ona həmin mobil telefonu bacısına gei qaytarmasını bildirmişdir. Daha sonra Şəxs onu, anasını və bacısını təhqir edərək, mobil telefonu mebelə çırpmışdır. Bu zaman mobil telefon sınmışdır. Bundan sonra Şəxs onu döymüşdür. Sonda zərərçəkmiş şəxs X7, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X10 bildirdi ki, X7 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək Şəxs 15 avqust 2022-ci il tarixdə yaşadıqları evdə onu döyərək, ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyini qeyd etmişdir. X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati inzibati qaydada tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialalrında olan canlı şəxsin ekspertizasının 18 avqust 2022-ci il tarixli, 961 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazunun bayır səthinin və baldırın ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 15 avqust 2022-ci il tarixdə alınmaları istisna olunmur, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, X2 və X6 əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin maddəsinin əlamətləri olduğundan barələrində inzibati tədbir görülməsi üçün sahə inspektoruna həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar