Məhkəmə qərarları › İş №3(010)-4291/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4291/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4291/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, X1 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli, 00800/00956 nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/00956 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə o, kommersiya fəaliyyəti ilə əlaqədar Dubayda fəaliyyət göstərən “Gozalli Elcemmi” adlı ünvana “fərdi funksiyaları olan elektrik maşınları” adlı yükləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə konsiqnasiya yolu ila ixrac etmişdir. Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, onun tərəfindən xx.xx.2020-ci il tarixli **********57630 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3500 ABŞ dolları (5950 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bundan sonra onun barəsində inzibati protokol tərtib edilərək Dövlət Gömrük Komitəsi tərəfindən 2385.57 manat məbləğində cərimə edilmişdir. Cəriməni də xx.xx.2022-ci il tarixində ödəmişdir. Qəbzin surəti ərizəyə əlavə olunmuşdur. Bundan sonra 08 sentyabr 2023-cü il tarixdə 00800/00956 saylı inzibati tənbeh vermə haqqında qərarla, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 xx.xx.1986-cı il tarixdə Babək rayonu, Şıxmahmud kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı, vəzifəli şəxs - hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, X4, yəni onun barəsində tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli 00800-00473/23 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq qərara almışdır ki, vəzifəli səxs X4 Azərbaycan Respublikasi inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5950 manatin 50% həddində, yəni 2975 manat məbləğində inzibali cərimə tətbiq edilsin. Bu qərar qanunsuz və əsasızdır. Bu qərardan icra şöbəsindən ona xx.xx.2024-cü il tarixində məlumat veriləndən sonra xəbəri olmuşdur. Qərarı isə rəsmi qaydada Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən almışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2023-cü il tarixli, 00800/00956 nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 00800/00956 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli **********57630 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3500 ABŞ dolları (5950 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülmədiyinə görə vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 5950 manatın 50 (əlli) % həddində, yəni 2975 manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2021-ci il tarixli, 00800/0184 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin qırx faizi – 2380,00 (iki min üç yüz səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X4 tərəfindən Dövlət Gömrük Komitəsinin hesabına 2383,57 (iki min üç yüz səksən üç manat əlli yeddi qəpik) manat ödəniş edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarla elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli **********57630 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3500 ABŞ dolları (5950 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülmədiyinə görə vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 5950 manatın 50 (əlli) % həddində, yəni 2975 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, X4 xx.xx.2021-ci il tarixli, 00800/0184 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 2380 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X4 tərəfindən Dövlət Gömrük Komitəsinin hesabına 2383,57 manat ödəniş edilmişdir; X2 inzibati cərimənin qanunsuz yazıldığını, yəni onun bir inzibati xəta ilə bağlı barəsində bir dəfə cərimə tətbiq oluna biləcəyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 00800/00956 nömrəli inzibati tənbeh haqqında qərarla X3 İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, xx.xx.2023-cü il tarixli, 00800/00956 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00800/00956 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar