Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4293/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, icra məmuru və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirdi ki, xx.xx.2005-ci il tarixli 143 saylı qərarla vətəndaş Zərərçəkmiş şəxs fərdi yaşayış evinin tikintisi üçün o vaxtki bələdiyyə rəhbərliyi tərəfindən torpaq sahəsi sənədləşdirilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi xx.xx.2017-ci il tarixdə B.Gülgəz tərəfindən icra edilərək, alqı-satqı aktı təhvil alınmış, qətnamə icra edilmişdir. Eyni zamanda torpaq sahəsinin sənədləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Alınmış müvafiq rəylər əsasında torpaq sahəsi sənədləşdirilmişdir. Nəzərinizə çatdırıram ki, bu işlə bağlı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli qərarları ilə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Apellyasiya Məhkəməsi tərəfindən həmin qərarlar qüvvədə saxlanmışdır. Bu qərarlara baxmayaq, nəzərə almayaraq icra məmuru yenidən 2023-cü ildə protokol tərtib etmiş, inzibati xəta haqqında qanunvericilik kobud şəkildə pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata xitam verilmişdir. Göstərilənləri nəzər alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli 2(010)-246/2011 saylı icra vərəqəsindən görünür ki, Suraxanı rayon Şəxs xx.xx.2001-ci il tarixli 143 saylı qərarı ilə iddiaçı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.metr torpaq sahəsi iddiaçı Zərərçəkmiş şəxs qızma ilkin təklif olunduğu yerdə və formada (ərazinin baş planından çıxarılmış sahənin cizgisinə uyğun) ayrılması və həmin torpaq sahəsinin alqısatqı aktının bərpa olunması Suraxanı rayon Şəxsnə həvalə olunması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Suraxanı rayon Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarilxi qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş matariallarından da məlum olduğu kimi, İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunması üçün mövcud olmuş əsaslar üzrə icra məmuru tərəfindən üç dəfə protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və Məhkəmənin xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Lakin, yenidən eyni fakt üzrə icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, eyni fakt üzrə Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarları olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-4293/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4293/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver