Məhkəmə qərarları › İş №3(010)-4303/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4303/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4303/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi 9 saylı Vəkil Bürosunun vəkili X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1991-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, içki mağazasında satıcı işləyən, əlilliyi olmayan, məhkum olunmamış, Sabirabad rayonu, Həşimxanlı kəndində Sabirabad rayonu, Həşimxanlı ərazi dairəsi, Həşimxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni şəhərcik, nömrəsiz evdə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanın qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 13 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 izahatında göstərdi ki, Şəxs 08 sentyabr 2024-cü il tarixdə həmin ərazidə yaşamadığı halda ünvan 1 ünvanın qarşısında müəyyən müddət gəzmiş, binanın həyətində oturub dincəlmiş, daha sonra binanın həyətində oynayan tanımadığı azyaşlı uşağı binanın blokuna tərəf çəkərək onun üzərinə qışqırmaqla söyərək təhqir etmiş, uşağın qohumları səs-küyə həyətə çıxaraq ona tərəf gələn zaman isə hadisə yerindən qaçmaqla ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki, o, 08 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanın qarşısına gəlmişdir. Oraya getməkdə məqsədi uzaq qohumunun evini tapmaq olmuşdur. Qohumunu tapa bilməmiş, zəng vursa da qohumu onun zənginə cavab verməmişdir. Həmin binanın həyətində bir qədər gəzişmiş, daha sonra skamyaların birində əyləşərək dincəlmiş, həyətdə gəzən azyaşlı uşağın dalınca binanın həyətindən keçə tərəfə çıxmışdır. Məqsədi uşaqdan nəsə soruşmaq olmuş, başqa hər hansı mənfi niyyəti olmamışdır. Uşağın niyə görə ağlaması və qohumlarını səsləməsi barədə məlumatı yoxdur. Sadəcə olaraq binanın həyətində olan şəxslərdən biri onun üzərinə qaçaraq gəldiyindən qorxduğu üçün oradan qaçıb uzaqlaşmışdır. Sonda Şəxs heç bir xuliqanlıq hərəkəti etmədiyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radəsində övladı ilə binanın qarşısında oynayan zaman bir nəfər şəxsin qaçdığını görmüş qonşuların qışqırdığını görən zaman həmin şəxsin arxasınca qaçmış, lakin çata bilməmişdir. Qonşular ona bildirmişdir ki, qaçan şəxs azyaşlı uşağı təhqiredici sözlərlə söymüş, uşaq isə ağlayaraq ailə üzvlərinə məlumat vermişdir. Həmin şəxsin barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Çünki binada uşaqların rahat gəzməsi və əylənməsi təhlükəlidir. Həmin şəxsin binanın həyətinə nə məqsədlə gəlməsi və nə axtarması onlara məlum deyil, buna görə də rahatlıqla uşaqlarını həyətə buraxa bilmirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radəsində övladı ona zəng vuraraq işdən evə çağırmış və məhlədə hadisə olduğunu bildirmişdir. Məhləyə gələn zaman binanın qarşısına çatmış bir nəfər şəxsin qaçdığını görmüş qonşuların qışqırdığını görən zaman həmin şəxsin arxasınca qaçmış, lakin çata bilməmişdir. Qonşular ona bildirmişdir ki, qaçan şəxs azyaşlı uşağı təhqiredici sözlərlə söymüşdür. Bundan sonra Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin şəxsin barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA № 008997 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə, saat 15:00da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510cu maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Q y/s ev 23 mənzil 18-də yaşayan X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, tanımadığı şəxs onun azyaşlı ovladını binanın qarşısında söyməklə təhqir etmişdir. Həmin ərizə əsasında Şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlanılaraq Şəxs PB-nə dəvət edilmişdir. Şəxs 12.09 2024-cü il tarixdə saat 14-30-da PB-nə gəlmiş və izahatı alınmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, evli olmasını, himayəsində iki azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını, İXM-nin 510-cu maddəsi ilə barəsində inzibati tənbehin verilməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olması və himayəsində 2 azyaşlı uşağının olmasını İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını, Şəxs əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını, ilk dəfə bu maddə ilə əməl törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiqi kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1991-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, içki mağazasında satıcı işləyən, əlilliyi olmayan, məhkum olunmamış, Sabirabad rayonu, Həşimxanlı kəndində Sabirabad rayonu, Həşimxanlı ərazi dairəsi, Həşimxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni şəhərcik nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Dövlət hesabına təyin edilmiş müdafiəçi X4 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 12 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar