Məhkəmə qərarları › İş №3(010)-431/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-431/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-431/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 10 mart 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 10 mart 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərar 10 mart 2022-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X3 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 10.03.2022-ci il tarixli, EXP seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Qərarda göstərilmişdir ki, guya o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib. Lakin qərarda onun tərəfindən məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Çünki heç bir inzibati xəta törətməyib. Qeyd edir ki, 10.03.2022-ci il tarixdə yerüstü piyada keçidi ilə keçmək istəyərkən, keçidin qapalı hissəsində olmadığı, açıq havada olduğu halda ona özünü təqdim etməyən, yalnız polis əməkdaşı olmasını bildirən şəxs yaxınlaşaraq onu keçidin qapalı hissəsinə dəvət etdi və bildirdi ki, peyvənd sertifikatına malik olub-olmadığını və cərimənin olub-olmamağını yoxlayır, odur ki, ondan telefon nömrəsini soruşdu. O, bir neçə ildir ki, avtomobil idarə edir, bilir ki, polisin göstərişinə tabe olmaq lazımdır, odur ki, telefon nömrəsini bildirdi, bundan sonra həmin şəxs ona dedi ki: “Sizə xəbərdarlıq edirəm ki, maskanı düzgün taxasınız”. Halbuki, o, maskanı əvvəla düzgün taxmış, daha sonra 10.03.2022-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən küçədə və yerüstü piyada keçidinin açıq hissəsində maska taxmağın məcbur olması barədə göstəriş yoxdur. Bundan əlavə isə o, polisin vəzifəli şəxsinin qərarı qəbul edilərkən məlumatı olmadığına görə iştirak edə bilməmiş və nəticədə hüquqlarını müdafiə edə bilməmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin qərarı 10.03.2022-ci il tarixdə qəbul edilsə də, həmin qərar çıxarılarkən o, dəvət olunmamışdır. Avtomobil idarə etdiyi üçün həmişə ona cərimə yazılıb-yazılmaması ilə maraqlandığı üçün, 10.03.2022-ci ildə də bu məqsədlə elektron portala daxil olduqda məlumat aldı, həmin vaxta qədər onun nə qərar, nə də protokol barədə məlumatı olmamışdır. Protokolu 17.03.2022-ci il tarixdə özü polis bölməsinə müraciət edərək aldı. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru X4 inzibati xəta haqqında tərtib etdiyi protokolu müdafiə edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. X3 bildirir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt tibbi maskadan düzgün istifadə etmiş, bununla yanaşı polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt qapalı məkanda, o cümlədən qapalı piyada keçidində olmamışdır. Bu dəlilin həqiqətə uyğun olub-olmadığına dair polis orqanı tərəfindən hər hansısa araşdırma aparıldığı iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 10 mart 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar