Məhkəmə qərarları › İş №3(010)-434/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-434/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-434/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, X1 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, şəhid Fərman Məlikov məhəlləsi, 2A nömrəli evin 74 nömrəli mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmadan, “AUDİ A5” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu ərazisində Zığ yolu ilə Hava limanı istiqamətində idarə edərkən, araməsafəsi qaydalarını pozduğuna görə idarəetməni itirmiş, nəticədə idarə etdiyi nəqliyyat vasitəsi yoldakı körpünün daş hasarına çırpılmışdır. Yolnəqliyyat hadisəsi nəticəsində yolun kənarında quraşdırılmış qoruyucu relslər və hasarın üzərində olan mərmər yarasız hala düşmüş, bununla da dövlətə maddi ziyan vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətaları törətməsində özünü təqsirli bilərək, etdiyi əməllərdən səmimi peşman olduğunu, maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirdi. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli yol nəqliyyat hadisəsi sxemindən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu ərazisində Zığ (Beton yolu) yolundan baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində yolun kənarında quraşdırılmış qoruyucu relslər və hasarın üzərində olan mərmər yarasız hala düşmüşdür. İş materiallarında olan sənədlərdən həmçinin müəyyən olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmadan, “AUDİ A5” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu ərazisində Zığ yolu ilə Hava limanı istiqamətində idarə edərkən, araməsafəsi qaydalarını pozduğuna görə idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar