Məhkəmə qərarları › İş №3(010)-435/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-435/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-435/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X1 və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərarın ləğvinə dair şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, MN seriyalı ******* nömrəli qərar xx xxxxxx 2021-ci ildə verilmiş, şikayət isə məhkəməyə xx xxxx 2021-ci ildə, yəni qərarın qəbul olunduğu vaxtdan 01 ay 11 gün sonra daxil olmuşdur. Şikayətdə qərarın surətinin X2 tərəfindən xx xxxxxx 2021-ci ildə əldə olunduğu göstərilir. Hətta müvafiq prosessual müddətinin axınının başlanğıcı bu tarixdən hesablansa belə görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərini pozub. O, həmin prosessual müddətin bərpasını xahiş etməyib. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar