Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4353/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ordubad rayonunda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ-nin 33-cu Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 03:00 radələrində ünvan 1 ünvanında mübahisə zəminində həyat yoldaşı X5 döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXMin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin sahə inspektoru X6 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. İnzibati materiala dair araşdırmanın başlanması üçün səbəb və əsas N.Ağayevanın 21 avqust 2023-cü il tarixli müraciəti olmuş, həmin ərizədə N.Ağayeva əri Şəxs tərəfindən dəfələrlə döyülməyə, işgəncəyə məruz qaldığını, bir müddət evdən çıxa bilmədiyini, yoldaşı tərəfindən səhər işə gedəndə qapını bağladığını, mobil telefonundan istifadə edə bilmədiyini, anası və bacısı ilə əlaqə saxlaya bilmədiyini və buna görə də iki ay ərzində döyülməyə məruz qaldığını və yalnız evdən qovulduqdan sonra polisə müraciət edə bildiyini qeyd etmişdir. Sahə inspektoru F.Məmmədov N.Ağayevanın göstərdiyini qeyd edərək, N.Ağayevanın digər müraciəti ilə əlaqədar onunla əlaqə saxlamaq istədikdə həmin ərəfədə əlaqə saxlaya bilmədiyini, telefonu işlətməməsini, ona zəng etmək mümkün olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, barəsində inzibati araşdırma aparılan şəxs Şəxs öz ifadəsində N.Ağayevaya həmin xəsarətlərin ailə üzvləri – anası, bacısı və digər qohumları yetirdiyini göstərsə belə, N.Ağayeva polis orqanına döyülmə barədə müraciət edərkən onunla birlikdə bütün ailə üzvləri və qohumları gəlmiş və zərərçəkmiş şəxsə dəstək göstərmişdilər. Şəxs da izahat alarkən, o bildirmişdir ki, barışıblar və artıq bir yerdə yaşayırlar, bu məlumatın təsdiq edilməsi üçün zərərçəkmiş şəxsi da yenə axtarsa belə, tapa bilməmişdir. Sonradan zərərçəkmiş şəxs özü avqustun 21-də polisə ikinci dəfə müraciət edərkən, bildirmişdir ki, telefondan istifadə edə bilmədiyindən, istifadə edilməsinə qadağa qoyulduğundan, evdən buraxılmadığından, polis bölməsinə gələ bilmirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir, zərəçəkmiş şəxs tərəfindən göstərdikləri şər və böhtandır. Onu döyməyib, evin qapısını bağlamıyıb, evdən çölə salmamış, N.Ağayeva evdən öz xoşu ilə geyinib, bəzənib, şəxsiyyət vəsiqəsi, bank kartını götürüb gedib, sadəcə deyilənlərin hamısı yüngül həyat tərzi sürdüyü üçün ondan boşanacağı üçün şər, böhtan və iftiradır. 15 iyul 2023-cü il tarixdə ona məxsus mənzildə anası və bacısı gəldilər, onlarla sözü düz gəlmədiyi üçün anası və bacısı onun saçını yoldular və başından divara çırpdılar, başında və bədənin başqa nahiyyələrindən ağır zərbələr vurublar. Dəfələrlə bacıları və xalası gəlib onlarla da mübahisə edib hətta xalası bir dəfə sakit sakit ona söz deyirdi özünü pola çırpdı özü başına yumruqlar vurdu. Hər zaman aqressiv olub azyaşlı qız övladını dəfələrlə təhqir etmişdir. 11 avqustda bütün günü işdə idi, evə gec yorğun gəlmişdi, N.Ağayevanı heç cür döyə bilməzdi. Ümumiyyətlə iş adamıdı, səhər işə gedib, yalnız axşam çox yorgun vəziyyətdə gəlirdi. N.Ağayeya çox yaxşı yanaşırdı, hətta dediyi 02 iyuldə döyülməsi ilə əlaqədar qeyd etmişdir ki, həmin gün uşağın ad günü idi, uşaqla və öz qohumları ilə birlikdə onu qeyd etmiş, N.Ağayeva isə evdə qalmışdı, onu düşünüb, onun üçün qonaqlıqdan yemək gətirmişdir. Bu cur yanaşan adam necə döyə bilər. Onunla bağlı iddiaları şər və böhtandı, onun iddiaları ilə razılaşmır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, polis orqanına Şəxs tərəfindən dəfələrlə döyülməsi ilə əlaqədar müraciət etmiş, həmin müraciətdən qabaq ilk döyülməsi 14 mayda olmuş, həmin gecə evdə əri onu“ İnstaqram” sosial şəbəkəsində digər şəxslə yazışma tutduğu üçün mübahisə olmuş, sonra qızı divanda oturmuşdu, yatmırdı, ağlayırdı ki, “mama getmə”. Uşaq yuxuya gedəndə gecə saat 04.00-da tualet adıyla yanından qalxmış, bundan sonra onu Şəxs onu qarın nahiyyəsinə təpiklə vurmuş, o yıxılarkən dizi “otopleniyaya” dəymiş, sonra evdən onu qovmuşdur. O bir ay gedib başqa yerdə kirayə qalmış, Şəxs hər gün gələrək “barışaq” deyə,”sənsiz qalmıram” bildirirdi. Ona barışmaq istəmədiyini bildirdikdə, onun ünvanına nalayiq ifadələr işlədirdi. Sonra Şəxs onun qardaşı ilə danışmış, Hikmət ona öz şərtlərini qoymuş - heç kimlə ünsiyyət qurmamalı, telefon işlətməməli, heç yerə çıxmamalı olduğunu bildirmişdir. Bundan sonra Şəxs onu iyunun 30-da evə aparmışdır. İyul ayının 2-də hamamdan çıxdıqdan sonra, Hikmət ona bir şillə vurmuş, ona nəyə görə vurduğunu soruşduqda açarı çırparaq, ona “kimdir sənə yazır”. Sonra biraz sakitləşdi. Şəxs övladına ona qarşı öyrədərək “anan budur, budur” deyirdi. Şəxs başına da vurmuş, belə ki, barmağı ilə başına vuraraq şişlər yaranmışdır. Həmçinin bədənində göy izlər var. Onlar 11 avqustda döyülmədən sonra əmələ gəliblər. Gecə saat 3- 4 radələrində yastığı ilə boğmaq istəyirmiş, sonradan bədənin müxtəlif nahiyyələrinə ayaqların, əllərinə, qollarına vurmuşdur. Artıq onun bu hərəkətlərindən sonra gecə qorxusu yaranmış, gecələr yata bilmir. İki ay evdə zülm çəkmiş, evdə dustaq kimi yaşamışdır. Hikmət ona ” sən itsən, səni gətirib atıblar, arxanca gələn də yoxdur” deyə bildirirdi. Qızını da ancaq ona qarşı doldururdu. Uşağı qabağına qoymuş, deyirdi ki, “sənin anan pis qadındı”, “əxlaqsız” qadındı. Uşağın yanında ona dəfələrlə “qəhbə” sözünü deyirdi. Bundan başqa bir gün də, Hikmət saçından tutaraq qapının ağzına kimi gətirib sürümüş, həmçinin də tez-tez baş nahiyyəsindən vururdu. Şəxs onun adından telefon vasitəsi ilə, instaqram profilindən istifadə edərək, onun adından oğlanlara cavablar yazırdı, həmin yazışmaların skrinşotlarını da edirdi, sonradan həmin yazışmaları silirdi. Onun həmin instaqram profili Hikmətin telefonundadır. Bundan başqa bir dəfə də qızı atasına dedi ki, “ata qədim zamanlarda başıbağlıları asırdılar”, Şəxs da cavabında ona qayıtdı ki, “sənin anan da oruc tutub min hoqqadan çıxırdı”. Neçə ildir müəllimə işləyir, onu hamı tanıyır. Hətta Hikmət ona “qardaşın gəldi deyə səni döyə bilmərəm ki?” ifadəsini də işlədirdi. Şəxs onu bağışlayıb, qəbul edibsə, niyə belə davam edir. Qonşular da səsləri eşidiblər. Evdəkilər deyirdi ki, sakit otur, “mən də nə qədər dözə bilərdim”. O Hikmət Qubanov tərəfindən dəfələrlə döyülmüş, amma evdən çıxıb bu barədə polisə deyə bilmirdi, ona telefondan istifadə etməsi qadağan olunmuş, evdə çölə buraxılmırdı, sonradan Hikmət tərəfindən avqustun 20-dən evdən qovulduqdan sonra, növbəti gün polisə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, əgər əxlaqsız qadındırsa, yaxşı deyilsə, əri ona ayrıla bilərdi, niyə döyür, niyə qaytarır evə, söz verir ki, bagışladı və sonra daimi döyür, uşağı ona qarşı doldurur, boşanmadan sonra uşağı öz uşağı olmayan bacısını vermək istəyir. Məhkəmə iclasında Şəxs onun döyülməməsi barədə uşağın həyatından and içməyi xahiş etsə belə, and içməməsini məhkəmənin nəzərəinə çatdırılmasını tələb etmişdir. Sonda o, Şəxs inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid dindirilmiş X10 verdiyi izahatında bildirmişdir ki, X8 onun bacısıdır, Şəxs bacısını anasının evindən apararkən ona telefon işlətməməsini, heç kəslə ünsiyyətdə olmaması, evdən bayıra çıxmaması kimi şərtləri qoymuş, bununla əlaqədar özü, yəni Nisə Əsgərova də anası da axırıncı iki ay ərzində bacısı N.Ağayeva ilə əlaqəni yalnız əri Şəxs telefonu vasitəsilə saxlamış və cəmi 2 dəfə onların evində olmuşlar. Nərmin Ağayeva evdən çıxan kimi onlara döyülməsi barədə məlumat vermiş. Ondan qabaq onlara bir dəfə qonaq gedəndə N.Ağayeva əri tərəfindən tez-tez döyülməsi barədə məlumat vermiş, lakin onlar ailə məsələsi olduğuna görə müdaxilə etməkdən çəkinirdilər. Nə N.Əsgərova tərəfindən, nə də anası tərəfindən N.Ağayeva heç vaxt döyülmüyüb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Suraxanı RPİ-in TŞ-in təhqiqatçısı polis kapitanı X4 X3 müraciətinə dair cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 döyərək ona dərəcəsi təyin olmayan xəsarətlər yetirən şəxsin əməlində AR İXM- nin 157-ci maddəsinin tərkibi olması, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, X8 və həyat yoldaşı Şəxs ilə münaqişəli şəraitdə yaşadıqlarını nəzərə alaraq gələcəkdə ağır cinayət hadisəsinin baş verməməsi ilə bağlı münaqişəli ailə kimi qeydiyyata alınaraq hər iki şəxslə profilaktiki söhbətlərin aparılması üçün inzibati ərazidə xidmət edən sahə müvəkkilinə həvalə edilməsi və qərarın surəti icra olunması üçün Suraxanı RPİ-nin 33-cü PB-də göndərilməsi qərara alınmışdır. Təhqiqat zamanı X8 izahatında bildirmişdir ki, 2013-cü il tarixdə Şəxs ilə ailə həyatı qurmuş, nikahdan bir qız övladı dünyaya gəldi. O, həyat yoldaşı yuxarıda qeyd olunan ünvanda birlikdə yaşayırdılar. Əri Şəxs onu səbəbsiz yerə dəfələrlə bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Həyat yoldaşı ilk olaraq xx.xx.3023-cü il tarixdə onu yaşadığı evdə döydü və o, bu barədə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmiş və sonra o, Yeni Günəşli qəsəbəsində kirayə evdə yaşamaq məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə əri Şəxs çox saylı xahişlərini nəzərə alaraq, o, yenidən onunla birlikdə yaşamağa davam etmişdir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şəxs onu yaşadığı evdə yenə də döydü, lakin N.Ağayeva bu barədə polisə məlumat verməmiş, həyat yoldaşı onun mobil telefonunu əlindən almışdı və evin giriş qapısını işə gedən zamanı bağladığı üçün o, polis və valideynlərinə məlumat verə bilməmişdir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şəxs onu döydü və sonra onu yaşadığı evdə zorla çölə qovdu. İnzibati xəta haqqında materiala əlavə edilmiş X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə əri Şəxs tərəfindən dəfələrlə döyülməsi barədə müraciət edir. Həmin ərizə “törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabında (485) sayla qeydiyyata alınmışdır. Həmin izahatda xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman əri Şəxs tərəfindən döyülmüş və döyülməsi ilə bağlı Suraxanı RPİ-in 33-cü PB-yə müraciət etmiş və sonra Bakı şəhəri X11 qəsəbəsində kirayə yaşamış, xx.xx.2023-cü il tarixdə əri Şəxs xahiş ilə yenidən ərinin yaşadığı evə qayıdaraq birlikə yaşamasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs yenidən Nərmin Ağayevanı döymüş, lakin Nərmin Ağayeva polisə məlumat verməməsini izahatında bildirmişdir. Nərmin Ağayeva həyat yoldaşı Şəxs tərəfindən evin giriş qapısının bağlanması və ona mobil telefondan istifadə edilməməsi qadağalarının qoyulmasını, valideynlərinə və polisə məlumat verə bilməməsi izahatında bildirmişdir. xx.xx.2023-cü il tarixdə Nərmin Ağayeva əri Şəxs tərəfindən döyülməsini və sonra yaşadığı evdən zorla çölə qovulmasını izahatında bildirmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı Rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 757 sayıl rəyində qeyd olunur ki, 11 avqust 20203-cü il tarixdə təxminən saaat 03 radələrində X8 həyat yoldaşı tərəfindən döyülməsi nəticəsində xəsarət almışdır. xx.xx.2023-cü il tarixdə X8 məhkəmə-tibb müayinədən keçirildi. Deməsinə görə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində evdə əri Hikmət əllə bədəninə zərbələr vurmuşdur.Tibbi yardım üçün müraciət etməmişdir. Şikayətləri zədə nahiyyəsində olan ağrıdandır. X1 müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sol budun aşağı 1/3-in ön səthində 2,0x1,5 sm, sağ baldırın orta 1/3-in ön səthində 2,5x1,0 sm ölçüdə sarımtıl rəngli qeyri-müəyyən formalı zəif seçilən qançırlar var. Sol əlin arxa səthində 0,4x0,3 sm ölçüdə qeyri-düzgün müəyyən formalı sıyrıq var. Syırıq səthi qonur rəngli qartmaqla örtülüdür, ətraf sağlam dəri toxuması səviyyəsindən yuxarıda yerləşir. Xəsarətlərin xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi mümkündür və sağlalmlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində almalarının inandırıcı olmaması bildirilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-in polis sahə inspektoru polis kaptianı Fariz Məmmədovun inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırmanın aparlıması haqqında xx.xx.2023-cü il tarixli qərardadına əsasəncinayət qanunvericiliyi ilə 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağır yetirmə, zərəçəkmiş şəxsin sağlamlığına zərər vurmayan dərəcələri təyin edilməyən Azərbaycan Respublikası CM-in 132-ci maddəsi xx.xx.2012-ci il tarixli qanuna əsasən xx.xx.2012-ci il tarixdə üvvədən düşmüş hesab olunduğundan və xx.xx.2016-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta hesb edildiyindən, X5 vuraraq sağlamlığına zərər vurmayan dərəcələri təyin edilməyən xəsarət yetirildiyindən törədilmiş əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 07 sentyabr 2023-cü il tarixli izahatında X8 bildirmişdir ki, ünvan 2 ünvanında müvqqəti yaşayır. Əri Şəxs tərəfindən ünvan 3 ünvanıda birgə yaşadığı müddətdə dəfələrlə döyülmüşdür. Səbəbsiz münaqişələr, mübahisələr yaratmışdır. N.Ağayevanı həmin mənzilə məhkum etmişdir.Telefonu əlindən almış, qapını bağlamış, onu baş verinlə barədə polis və yaxın qohumlarıməlumat verməyini qarşısını almışdır. xx.xx.2023-cü tarixdə əri Şəxs onu döymüş, pis ifadələr işlədərək, azyaşlı uşağın gözü qarşısında şərəf və ləyaqətini alçaltmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş 07 sentyabr 2023-cü il tarixli izahatında Şəxs izahatında bildirmişdir ki, N.Ağayevanın döyülməsi ilə bağı ərizədə yazılanlar şər və böhtandır. O onu döyməmiş, evin giriş qapısını bağlamamış, Evdən çölə salmamış, evdən öz xoşu ilə gedib, bəzəni, şəxsiyyət vəsiqəsi, bank kartın götürüb getmişdir. Sadəcə deyilənlərinn hamısı yüngül həyat tərzi sürdüyü üçün boşanacağı üçün şər, böhtan və iftiradır. 15 iyul 2023-cü il tarixdə ona məxsus mənzilə anası və bacısı gəldilər, onlarla sözü düz gəlmədiyi üçün anası və bacısı onun saçını yoldular və başından divara çırpdılar, başında və bədənin başqa nahiyyələrindən ağır zərbələr vurublar. Dəfələrlə bacılar və xalası gəlib onlarla da mübahisə edib, hətta xalası bir dəfə ona sakit sakit ona söz deyirdi, o özünü pola çırpdı, özü başına yumruqlar vurdu. Hər zaman aqressiv olub, azyaşlı qız övladını dəfələrlə təhqir etmişdir.Ərizəsi ilə razılaşmır, şər və böhtandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Barəsində inzibati xəta ilə bağlı tərtib edilmiş material olan şəxs Şəxs vəkilil məhkəmə prosesində inzibati protokolda olan hadisənin tarixini və ekspertiza rəyində göstərilən N.Ağayevanın aldığı xəsarətlərin tarixinin üst-üstə düşmədiyini və bununla da Şəxs tərəfindən yetirilə bilmədiyini vurğulamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk olaraq X7 Polis İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, həmin ərizədə əri Şəxs tərəfindən dəfələrlə döyülməsi barədə müraciət edir. Təhiqaqatçı tərəfindən ondan izahat alınarkən bir neçə tarix, həmçinin də telefondan istifadə edilməməsi və evdən çölə çıxmaması kimi qadağalar qeyd olunur. Bundan əlavə N.Ağayeva polisdə verdiyi izahatlarında, həmçinin də məhkəmə iclaslarında vediyi izahatlarında bildirir ki, iki ay ərzində Şəxsla yaşadığı dövrdə dəfələrlə döyülməsinə və işgəncəyə məruz qalırdı. Ekspert rəyində göstərdiyi aldığı xəsarətin aldığı tarixlə bağlı hadisəni məhkəmə iclasında şifahi və protokol tərtib edildiyi zamanı yazılı izahatda təsvir edir. Şəxs məhkəmə iclasında verdiyi ifadələrində X3 göstərdiklərini inkar edərək, tərəfindən onun telefonun götürülməməsini, evinin qapının bağlanmamasını və onun istənilən vaxt evdən getmək imkana malik olduğunu bildirmişdir. Lakin N.Ağayevanın polisə müraciətinə əsasən polis orqanı tərəfindən aparılan ilkin araşdırma zamanı Şəxs 24 avqust 2023-cü il tarixdə verdiyi izahatında şəxsən, öz xətti ilə yazdığı izahatında bildirir ki, X8 ilə barışdıqdan sonra Şəxs ona dediyi şərtləri telefondan istifadə etməmək və evdən bayıra çıxmamaq kimi şərtlər idi. Həmin şərtlərin mövcud olması zərərçəkmiş şəxs öz məhkəmə iclasında verdiyi şifahi ifadələrində və polis orqanına verdiyi yazılı ifadələrində bildirmiş və həmçin də şahid N.Əsgərova ifadələrində öz əksini tapmışdır. Şahd N.Əsgərova həmin şərtlərin (evdən çıxmamaq və telefondan istifadə etməmək, yəni köməklik istəmək imkanından məhrum olması) mövcud olması və hətta Şəxs Nərmin Ağaevanın anasının evindən apardıgı zaman həmin şərtlərin onun yanında və N.Ağayevanın anasının yanında deyilməsini təsdiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tibbi ekspertizanın rəyinə münasibətdə Şəxs özünün daimi işdə olmasını, işdən sonra gec gəldiyini və işdən sonra çox yorgun gəldiyini əsas gətirərək, ekspert rəyi ilə müəyyən edilən xəsarətin onun tərəfindən deyil, istənilən digər şəxsləri - yaxın qohumları – anası, bacısı, xalası və yaxud da naməlum danışdığı şəxslərin tərəfindən törədilməsi ehtimal olduğunu bildirmişdir. Həmin şəxslərin həmin gün evlərinə gəlməsi və yaxud N.Ağayevanın həmin gün evdən çıxması ilə əlaqədar hər hansı mötəbər sübu təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qanunvericiyinin yuxarıda göstərilən müddəaları rəhbər tutaraq və bundan əlavə zərərçəkmiş şəxsin ərizəsinin və izahatların əsas götürərək, məhkəmə hesab edir ki, baxılan inzibati materialın başlanması üçün əsası və predmeti məhz N.Ağayevanın müəyyən tarixdə döyülüb-döyülməməsi deyil, sırf uzun müddət ərzində mütəmadi şəkildə davam edən məişət zorakılıq hadisəsi ilə bağlı müraciətdir. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsində və izahatlarında göstərdiyi xüsusatlara – döyülmənin mütəmadilik xarakterinə, evdən buraxılmamasına, yaxın qohumları ilə əlaqə yaratmaq və polisə bu müddət ərzində müraciət etmək imkanından məhrum olduğuna və bu kimi hallara diqqət yetirməmək və yalnız protokolda qeyd edilənləri ekspert rəyi ilə uyğun olub-olmadığını müəyyən etminsan hüquqlarını nəzərə almayan formal xarakterli yanaşma kimi qəbul edir və hesab edir ki, məhkəmənin birbaşa baxışı və predmeti N.Ağayevanın “dəfələrlə”, mütəmadi şəkildə döyülmə faktının olub-olmamasının müəyyən edilməsidir. Zərəçəkmiş şəxsin ərizəsində göstərdiyi “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı — yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Həmin Qanunun 13.1. 1-ci maddəsinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi xarakterli tədbirlər — məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsidir. Gender identikliyi görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipi digər hüquqi sənədlərdən, ilk növbədə İnsan hüquqları haqqında Avropa Konvensiyasından (14-cü maddə: Ayrıseçkiliyin qadağan olunması; 12 saylı Protokol) və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan (misal üçün bax: Oliari İtaliyaya qarşı, 2015-ci il tarixli qərar; Ratsenbök və Zaydl Avstriyaya qarşı, 2017-ci il tarixli qərar) habelə Seksual oriyentasiya və ya gender identikliyi əlamətlərinə görə ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri haqqında Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2010)5 saylı tövsiyəsindən irəli gələn hüquqi öhdəliklərə əsaslanır. Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığına cavab verməkdə səmərəsiz dövlət tədbirləri ilə bağlı nümunədə, bu qeyd dolunan inanc (fikir), Türkiyədə qadınların qanun qarşısında bərabər qorunmasını necə inkar edə biləcəyini göstərir. (ECTHR, Opuz Türkiyəyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 iyun 2009-cu il tarixli hökm, paraqraf 185-191.) “Şəxsi və ya ailə məsələsinə” müdaxilə etməmək üçün səlahiyyətli orqanlar, təsdiq edilmiş ciddi məişət zorakılığı nümunəsinə baxmayaraq, ərizəçinin ərinə qarşı müvafiq tədbirlər görməkdə uğursuz olmuşdur. (Ecthr, Opuz Türkiyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 İyun 2009, paraqraf 96). O, nəticədə, ərizəçinin anasını ərizəçiyə ailə evindən qaçmasına kömək edərkən öldürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsi aşkar etmişdir ki, ərizəçi prima facie iddiası nümayiş etdirir və məişət zorakılığı ilk növbədə qadınlara təsir edir və Türkiyədəki ümumi və ayrıseçkiliyə əsaslanan məhkəmə passivliyi məişət zorakılığına gətirib çıxaran şərait yaradır (ECTHR, Opuz Türkiyə yə qarşı iş, müraciət No 33401/02, 9 iyun 2009-cu il, Paraş. 198-201). Opuz-Türkiyəyə qarşı (2009) işində Məhkəmə, ərizəçi Nahide Opuz və ərizəçinin əri tərəfindən öldürülən anasının məruz qaldığı məişət zorakılığının “gender əsaslı zorakılıq olaraq qəbul edilə biləcəyini təsbit etmişdir ki, bu da qadınlara qarşı ayrıseçkilik formasıdır ”.10 Məhkəmə qeyd etmişdir ki: “[…] işlə bağlı iddia edilən ayrı-seçkilik özlüyündə qanunvericiliyə əsaslanmır, əksinə, qadınlar məişət zorakılığını bildirdikləri zaman yerli hakimiyyət orqanlarının, qadınlara polis bölmələrində necə davranıldığı kimi, ümumi münasibətindən və qurbanlara effektiv müdafiənin təmin edilməsində məhkəmənin passivliyindən qaynaqlanır.” (maddə 192) Məhkəmə daha sonra qərar verdi: “Türkiyədə bilərəkdən olmasa da, əsasən qadınlara təsir etsə də, ayrı-seçkiliyə əsaslanan və ümumi məhkəmə passivliyinin olması barədə öz çıxardığı nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi və onun anasının məruz qaldığı zorakılıq qadınlara qarşı ayrı-seçkilik forması olan gender əsaslı zorakılıq olaraq qəbul edilə bilər. Hökumət tərəfindən son illərdə aparılan islahatlara baxmayaraq, məhkəmə sisteminin ümumiyyətlə cavab verməməsi və təcavüzkarların cəzasız qalması, hazırkı işdə aşkarlandığı kimi, məişət zorakılığına qarşı müvafiq tədbirlər görmək üçün yetərli öhdəliyin olmadığını göstərmişdir [...].” (paraqraf 200) Bu aşkarlanan fakt, məişət zorakılığı qurbanının ölümü üzrə nəticəsi olmayan araşdırmalar aparılmış Durmaz Türkiyəyə qarşı işində təsdiqlənmişdir (Durmaz Türkiyəyə qarşı iş, 3621/07 nömrəsi, 13 noyabr 2014-cü il tarixli qərar, paraqraf. 65). Qadınlara qarşı zorakılığa dair məhkəmə hökmü ilə, MC-Bolqarıstan (2003) və Opuz- Türkiyəyə qarşı (2009) kimi mühüm işlər vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsi, belə bir prinsip inkişaf etdirdi ki, dövlətlər insan hüquqları pozuntularının qarşısını almaq məqsədilə tədbirlər görməlidirlər. Bu prinsip müəyyən etdi ki, bu hərəkətlərin dövlət tərəfindən və ya fərdi şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq, dövlət onların istintaqını aparmaq, mühakimə etmək və cəzalandırmaq öhdəliyinə malikdir. Bu anlayış lazımi səy göstərmə prinsipinin hazırlanmasına gətirib çıxardı. Bu prinsip ilk olaraq X və Y işində ifadə edilmişdir ki, buna əsasən də Məhkəmə qət etmişdir ki, pozitiv öhdəliklər yalnız dövlətlərin hüquqları pozmaqdan çəkinməsini tələb etmir, həm də şəxslərin hüquqlarının digər fərdi şəxslər tərəfindən pozulmamasını təmin etmək üçün təşəbbüskarlıq (fəal olma) vəzifəsini də tapşırıq kimi qarşıya qoya bilər (bənd 23). MC Bolqarıstana qarşı işində Məhkəmə təsbit etmişdir ki, 3-cü maddəyə və 8-ci maddəyə uyğun olaraq hüquqların qorunmasına dair öhdəliklər rəsmi araşdırmalar aparmaq və zorlamanın effektiv şəkildə cəzalandırılması ilə bağlı vəzifələri şərtləndirir (maddə 149-53). Maslova-Rusiyaya qarşı (2009) işində, Məhkəmə qət etdi ki, “Zorlamanın açıqca alçaldıcı xarakteri bu kontekstdə dövlətin prosedur öhdəliyini xüsusi vurğulayır” (bənd 91). Məhkəmə həmçinin qərar vermişdir ki, qadınlara qarşı çoxsaylı məişət zorakılığı hadisələrində də, milli səlahiyyətli qurumların belə zorakılığın qarşısını almaq üçün qoruyucu tədbirlər görmək üçün pozitiv öhdəlikləri vardır, belə ki, səlahiyyətli qurumlar “bilirdilər ki və ya bilməli idilər ki” Kontrova / Slovakiya (31 May 2007) və Hajduova / Slovakiya (30 Noyabr 2010) işlərində bir şəxsin həyatı və ya sağlamlığı üçün “real və birbaşa risk” mövcud olmuşdur. Potensial təcavüzkar tərəfindən təhdid hələ fiziki zorakılıq kimi reallaşmadıqda belə səlahiyyətli qurumlar müdaxilə etməli idi (Hacduova). Səlahiyyətli qurumlar, bəzən hətta qurbanın ifadə olunan istəklərinə (iradəsinə) qarşı, vəzifə səlahiyyətindən istifadə edərək tədbir görə bilərlər (Hajduova). Bəzi hallarda müvəqqəti təcili mühafizə tədbirləri alına bilər (Bevacqua və S. Bolqarıstana qarşı, 12 İyun 2008). Bütün istintaq və məhkəmə prosesi boyunca ərizəçinin şəxsi bütövlüyünə hörmət təmin edilməlidir. Qəbul edilməlidir ki, qurban qadınlar, xüsusən cinsi zorakılıq hallarında, cinayət prosesini tez-tez əlavə bir travma kimi qəbul edirlər. Bu, xüsusən zərərçəkmiş qadın özünün istəyinə zidd olaraq təcavüzkarla birbaşa üzləşməyə məcbur qaldıqda belə olur. (Y. Sloveniya, 2015). Halime Kiliç-Türkiyəyə qarşı 2016-cı il işinin nümayiş etdirdiyi istintaq zamanı / məhkəməyə qədərki dövrdə baş verən bir neçə uğursuzluğu, AİHM 14-cü maddə ilə birlikdə (ayrı-seçkiliyin qadağan edilməsi) 2-ci maddənin (yaşamaq hüququ) pozulması kimi müəyyən edir. Bu işdə, məişət zorakılığının qurbanı səlahiyyətli qurumlara dörd şikayət ünvanlamış və ərinə qarşı üç mühafizə orderi almışdır. 2008-ci ildə zərərçəkmiş şəxs birinci şikayəti vermiş və Ailə Məhkəməsi tərəfindən verilən mühafizə orderini istəmişdir. Prokuror cinayətkara qarşı ittiham irəli sürmüşdür. Zərərçəkən daha sonra ikinci bir şikayət verdikdə, məhkəmə daha iki mühafizə orderi vermişdir və prokuror müvəqqəti həbs tədbiri istəməklə təcavüzkarı məhkəməyə göndərmişdir və məhkəmə isə bundan imtina etmişdir. Zərərçəkən ərinin ölüm təhdidləri etdiyini iddia edərək prokurordan əlavə kömək istəmişdir. Dördüncü şikayət verildikdən sonra qurban əri tərəfindən öldürülmüşdür. AİHM, müdafiə orderlərinin verilməsi üçün vaxtın uzandığını (bir işdə 19 gün, ikinci işdə 8 həftə), prokurorun cinayətkarı həbsdə saxlamağı əmr etməsində gecikmələrin olduğunu, məhkəmə qurbanla əlaqəli riskləri düzgün qiymətləndirmədiyi və barəsində həbs qətimkan tədbiri seçilmədiyi, təcavüzkar heç vaxt mühafizə oderlərinin pozulmasına görə mühakimə olunmadığını və nə polisin, nə də prokurorun qurbana mövcud sığınacaqlar barədə məlumat verməməsini aşkarlamışdır. (Halime Kılıç / Türkiyə (müraciət nömrəsi. 63034/11), 28 iyun 2016-cı il tarixli Qərar.) A. Xorvatiyaya qarşı işdə, AİHM, məişət zorakılığı ilə bağlı AİHK-nın pozulduğunu aşkar etmişdir. A əri tərəfindən məişət zorakılığına məruz qaldıqdan sonra bir sıra məhkəmə işlərinə başlamışdır (üç cinayət işi və dörd kiçik cinayətə görə). Belə işlərin nəticəsi bir neçə mühafizə orderinin verilməsi, məhkəməyə qədərki həbs (müvəqqəti həbs), psixiatrik və psixo-sosial müalicə və həbs cəzası olmuşdur. Sanksiyaların bir qismi tətbiq olunsa da, təcavüzkar iki cinayətə görə həbs cəzası çəkməmişdir (bunlardan biri ərizəçini ölümlə təhdid etmək olmuşdur). AİHM, qeyd etmişdir ki, dövlət, eyni şəxs tərəfindən eyni qurbana qarşı törədilmiş bir sıra zorakılıq hərəkətləri ilə əlaqədar müxtəlif cinayət və kiçik cinayət işlərini nəzərə almamaqla, ərizəçinin hüquqlarını lazımi səviyyədə qoruya bilməmişdir və işin tarixçəsinə bütünlüklə baxa bilməmişdir. Bu iş, hüquq sistemi daxilində koordinasiyanın vacibliyini və müvafiq sanksiya təyin edərkən bütün zorakılıq tarixçəsini və cinayət tarixçəsini lazımi şəkildə nəzərə almağın vacibliyini göstərir. Məhkəmə hökmlərinin icra edilməsinin və cəzaların çəkilməsinin təmin edilməsində məhkəmə nəzarətinin roluna da diqqət çəkilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Şəxs özünün təqsirli bilməməsi ilə bağlı ifadəsinin müdafiə xarakterli olduğunu və inzibati məsuliyyətindən yayınmaq məqsədini daşıdığını hesab edir. O ifadələrində qeyd etsə belə, ki inzibati xəta tərəfindən törədilməmiş, o cümlədən ekspert rəyində N.Ağayevanın bədənində müəyyən olunan xəsarət tərəfindən yetirilməmiş, kim tərəfindən törədilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası himayəsində azyaşlı uşağı olması İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağın olduğunu müəyyən edir. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 13 sentyabr 2023-cüi il tarixdən, saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın icrası Müvəqqəti Saxlanılanların saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4353/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4353/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver