Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4354/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının, məhkəmə iclas katibi Musayeva Aysəl Xaliddin qızının katibliyi ilə, X2 Suraxanı DYPŞ-nin 30 dekabr 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolunun ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı DYPŞ-nin 30 dekabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1- ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X4 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Suraxanı DYPŞ-nin 30 dekabr 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolunun qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, X3 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırhq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X2 Suraxanı DYPŞ-nin 30 dekabr 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolunun ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. X3 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4354/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4354/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver