Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-437/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlunun, Tələbkar X2, Borclu Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 447/36 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)- 4846/2017 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxxx 2008-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 xeyrinə hər ay cəmi 273 manat ödənilməlidir.Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)-4846/2017 saylı icra sənədinə əsasən ondan xx xxxxxxx 2008-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 xeyrinə hər ay cəmi 273 manat X2 xeyrinə ödənilməlidir. Əvvəllər qəbul edilmiş qətnaməyə və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)-4846/2017 saylı qətnaməsinə əsasən o, 2016-2018-ci illər ərzində 2352 manat, 2019-cu il ərzində təxminən 1400 manat, 2020-ci il ərzində isə cəmi 400 manat aliment ödəmişdir. Halhazırda onun 4311 manat məbləğində aliment borcu yaranmışdır. Hal-hazırda işləmədiyinə və maddi vəziyyəti qənaətbəxş olnadığına görə o, qeyd olunan aliment borcunu və aliment öhdəliklərini icra etmək iqtidarında deyildir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X5 izahatında göstərmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)-4846/2017 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxxx 2008-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun xeyrinə hər ay cəmi 273 manat X2 xeyrinə ödənilməlidir. Borclu Şəxs əvvəlki və hazırki qətnamələri üzrə xeyli miqdarda aliment borcu vardır. Belə ki, borclu Şəxs 2016-2018-ci illər ərzində 23xx xxxxx 2019-cu il ərzində təxminən 1400 manat, 2020-ci il ərzində isə cəmi 400 manat aliment ödəmişdir. Hal-hazırda borclunun 4311 manat məbləğində aliment borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, borclu Şəxs barəsində ciddi cəza tənbehinin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlu məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)-4846/2017 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxxx 2008-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 xeyrinə hər ay cəmi 273 manat X2 xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait aşkar edilməmişdir. Borclu Şəxs alimenti ödəməkdən qərəzli yayındığından, onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilmiş və məhkəmə tərəfindən qeyd olunan təqdimat təmin edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən, sonuncunun adına daşınmaz əmlak müəyyən edilməmiş, adına aşkar edilmiş avtomobil üzərinə həbs qoyulmuşur. Borclu tələbkara əvvəlki qətnamələr üzrə müəyyən ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamışdır. Göründüyü kimi, borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Bütün tədbirlərə baxmayaraq, borclu maddi vəıziyyətinin qənaəbəxş olmamasını səbəb gətirərək, alimenti ödəməkdən yayınmışdır. Borclu Şəxs 2016-2018-ci illər ərzində 23xx xxxxx 2019-cu il ərzində txəminən 1400 manat, 2020-ci il ərzində isə cəmi 400 manat aliment ödəmişdir. Hal-hazırda borclunun 4711 manat məbləğində aliment borcu yaranmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)-4846/2017 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxxx 2008-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 xeyrinə hər ay cəmi 273 manat X2 xeyrinə ödənilməlidir. Məhkəmə, tərəflərin və icra məmurunun iştirakı ilə işra işini tədqiq edərək bu nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Eyni zamanda, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx xxxx 2017-ci il tarixli 2(010)-4846/2017 saylı icra sənədinə əsasən Şəxs iki uşağa görə 273 manat X2 xeyrinə ödənilməlidir. Yaranmış 4300 manat aliment borcu və aparılmış icra hərəkətləri bu faktı təsdiq edir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materialları ilə Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-cı maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən onun barəsində başlanmış icraata xitam veriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən onun barəsində başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləbilər. Sədrlik edən Anarİbrahimov
Məhkəmə qərarları › İş №3(010)-437/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-437/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver