Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-437/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs, xx xxxx 2000-ci il tarixdə Tərtər rayonu, Əskipara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Tərtər rayonu, Əskipara kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, 1B nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 19:30 radələrində, ünvan 1 ünvanda yerləşən “Suraxanı” bazarının daxilində fəaliyyət göstərən “OBA” marketdən 10 (on) ədəd “Milka” şokaladlarını gizli yolla talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 30 (otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 16:00 radələrində təkrarən həmin marketdən oğuluq etmək istəyərkən marketin əməkdaşları tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Araz Osmanovun xx xxxx 2021-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın sürəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində “Suraxanı” bazarının daxilində fəaliyyət göstərən “OBA” marketdən 10 ədəd “Milka” şokaladlarını və 01 ədəd günəbaxan tumunu götürərək kassaya yaxınlaşıb yalnız günəbaxan tumunun dəyərini, yəni 20 qəpik ödəyib marketi tərk etmişdir. Oğurladığı şokoladları sonradan şəhərdə tanımadığı şəxsə satmışdır. xx xxxx 2021-ci il tarixdə, saat 16:00 radələrində yenə də həmin marketə daxil olub təkrarən şokolad oğurlamaq istəyərkən marketin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilmişdir. Şəxs həmçinin bildirdi ki, vaxt veriləcəyi təqdirdə anası, vurduğu ziyanı onun əvəzinə ödəyəcəkdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X5 məhkəmədə göstərdi ki, X3 xx xxxx 2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində yerləşən “Suraxanı” bazarının daxilində fəaliyyət göstərən “OBA” marketdə administrator vəzifəsində işlədiyini, xx xxxx 2021-ci tarixdə marketə alıcı kimi daxil olan naməlum şəxsin marketdən ümumi dəyəri 30 manat olan 10 ədəd “Milka” şkoladlarını oğurlandığını, həmin şəxsin xx xxxx 2021-ci tarixdə yenidən mağazaya gələrək təkrarən oğurluq etməyə cəhd etdiyini, sonuncunu saxlayaraq polis əməkdaşlarına təhvil veridiyini bildirmişdir. Aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. Buna görə də X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll edilməsi ona həvalə edilmişdir. Hələ barəsində ibtidai araşdırma aparılarkən Şəxs oğurluq etdiyini səmimi olaraq etiraf etdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, administrator işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində yerləşən “Suraxanı” bazarının daxilində fəaliyyət göstərən “OBA” marketə xx xxxx 2021-ci tarixdə alıcı kimi daxil olan naməlum şəxsin marketdən ümumi dəyəri 30 manat olan 10 ədəd “Milka” şkoladlarını oğurlandığını aşkar etmişdir. Bundan 02 gün sonra, yəni xx xxxx 2021-ci tarixdə həmin şəxs yenidən mağazaya gələrək təkrarən oğurluq etmək isətikdə sonuncu onun tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. zərəçəmiş şəxs E.M.Eyvazov həmçinin göstərdi ki, Şəxs vurulmuş ziyanı ödəmək üçün anası ilə əlaqə saxlanılmasına şərait yaradılmasını xahiş edir, lakin Şəxs, administratoru olduğu marketdən dəfələrlə oğurluq etdiyinə görə ziyan ödəildiyi təqdirdə belə Şəxsla barışmayacaqdır. Sonda zərəçəmiş şəxs E.M.Eyvazov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 16:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, barəsində protokol tərtib etmək üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirildiyi, yəni inzibati qaydada tutulduğu – xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs barəsində protokol tərtib etmək üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirildiyi, yəni inzibati qaydada tutulduğu – xx xxxx 2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-437/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-437/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver