Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4378/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə ilə, DİN-nin BDYPİ-nin 15 avqust 2025-ci il tarixli EQ seriyalı 29964925 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin BDYPİ-nin vəzifəli şəxsi 15 avqust 2025-ci ildə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmiş, 15 avqust 2025-ci il tarixli EQ seriyalı 29964925 nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilərək 50 manat miqdarında cərimə etmişdir. X2 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində DİN BDYPİ-nin EQ seriyalı 29964925 nömrəli qərarına əsasən o, Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat cərimə olunmuşdur. Bu protokolun qeyda alındığı yer Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbas küçəsi 22 (EQ seriyalı 29964925 nömrəli protokolun nömrəsi). Qeyd etmək istəyir ki, qərarda qeyd olunanlar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etmək olmaz, əgər nəqliyyat vasitəsi hərəkətdə olunarsa AR-nin İXM-nin 339.1-1-ci maddəsi ilə idarə etmədə olan sürücü 50 manat cərimə olunur. Elektron protokola yerleşdirilmiş şəkildən də aydın görünür ki, 77DC584 dqn-lı avtomobil idarə olunmur. Hesab edir ki, onun barəsində xx.xx.2025-ci il tarixində DİN BDYPİ-nin EQ seriyalı 29964925 nömrəli elektron qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş DİN-nin BDYPİ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. DİN-nin BDYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 15 avqust 2025-ci il tarixli EQ seriyalı 29964925 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXMnin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 15 avqust 2025-ci il tarixli EQ seriyalı 29964925 nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış DİN-nin BDYPİ nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, DİN-nin BDYPİ nümayəndəsini məhkəməyə göndərməmiş, sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. DİN-nin BDYPİ-nin vəzifəli şəxsinin X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilməsinə dair 15 avqust 2025ci il tarixli EQ seriyalı 29964925 nömrəli qərarı ləğv edilsin və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4378/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4378/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver